Həştərxan Dövlət Universiteti Bakıdakı Həştərxan İş Mərkəzində silsilə tədbirlər təşkil edir

Həştərxan Dövlət Universiteti Bakıdakı Həştərxan İş Mərkəzində silsilə tədbirlər təşkil edir
Məlum olduğu  kimi  dekabrın 7-də Bakıda Həştərxan İş  Mərkəzinin açılışı olub.
 
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Həştərxan vilayətinin başçısı İqor Babuşkin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Tərəflər Azərbaycanla  Həştərxan vilayəti arasında iqtisadi və humanitar əlaqələrin inkişafı üçün əlverişli şəraitin yaradılmasını müzakirə ediblər.

Təhsil siyasəti isə böyük Xəzərdə regionlararası və dövlətlərarası əməkdaşlığın ən mühüm sahələrindən biri olaraq qalır.

Belə ki, Rusiyada, o cümlədən Həştərxan vilayətində alınan ali təhsil Azərbaycanda ənənəvi olaraq yüksək qiymətləndirilir. Hazırda bu Xəzəryanı dövlətdən Həştərxanda 400-ə yaxın tələbə təhsil alır. Ona görə də azərbaycanlılar üçün Həştərxan universitetlərinə qəbulun daha əlçatan və rahat olması vacibdir. Bakıda Həştərxan İş   Mərkəzinin bazasında Həştərxan Dövlət Universitetinin təhsil, elm və texnologiya mərkəzinin açılması bu istiqamətdə ciddi addım kimi nəzərdə tutulub. Bu məkan artıq formalaşmış tərəfdaşlığı gücləndirməyə kömək edən müasir yaradıcılıq məkanıdır.

2021-ci il dekabrın 15-dən dekabrın 19-dək Həştərxan Dövlət Universiteti Bakıdakı Həştərxan İş  Mərkəzinin ərazisində Rusiya Federasiyası Təhsil Nazirliyi tərəfindən dəstəklənən "Əcnəbilərin  təhsilinin   maarifləndirici aspektlərinin  genişləndirilməsi diqqət mərkəzində” layihəsi çərçivəsində bir sıra mədəni-maarif tədbirləri təşkil edəcək. 

15-16 dekabr 2021-ci il tarixlərində yuxarı sinif şagirdləri və tələbələri üçün "Rus dili ilə möcüzələr yarada bilərsiniz... (K.Q. Paustovski)” adlı əyləncəli lektoriya və müəllimlər üçün "Müasir rusşünaslığın aktual problemləri və linqvodidaktika” mövzusunda konfrans keçiriləcək.Tədbirlər xarici təhsil mühitində rus dilini və rus mədəniyyətini populyarlaşdırmaq, xarici dil auditoriyasında rus dilini öyrənməyə davamlı marağın formalaşmasına kömək etmək məqsədi daşıyır. 17-18 dekabrda isə  Mərkəzdə  V.İ.Dalın 220 illiyinə  həsr  olunmuş yaradıcı  layihələrin  müsabiqəsi  keçiriləcək. Müsabiqənin məqsədi tələbələrin rus dilinə və rus mədəniyyətinə marağını inkişaf etdirmək, V.İ.Dalın  həyat və yaradıcılığı haqqında bilgiləri   dərinləşdirmək,  onun "Böyük rus dilinin izahlı lüğəti"nin leksikoqrafiya və ümumiyyətlə mədəniyyətdəki rolu, tələbələrin idrak fəaliyyətinin inkişafı üçün motivasiyanın formalaşdırılmasıdır.  Müsabiqəyə orta məktəb və universitet tələbələri dəvət olunur. Layihələrin ictimai müdafiəsi şəxsən iştirakçı komandaların iştirakı ilə keçiriləcək. Yaradıcı layihələrin bütün iştirakçılarına sertifikatlar, qaliblərə mükafatlar, layihə rəhbərlərinə isə təşəkkürnamələr təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...