Ev tikmək istəyənlərin nəzərinə: Bu bazarlarda qiymətlər...

Ev tikmək istəyənlərin nəzərinə: Bu bazarlarda qiymətlər...
Azərbaycanın tikinti materialları bazarında 2021-ci ilin may ayından müşahidə olunan yüksək qiymət artımları hələ də davam edir. Ötən ilin aprelində illik müqayisədə tikinti materiallarının qiymət indeksi 3,4 faiz artdığı halda, mayda bahalaşma sürəti 6,8 faizə, sentyabrda 10,9 faizə, dekabrda 13,5 faizə yüksəlib.

Sfera.az xəbər verir ki, 2022-ci ildə bahalaşma sürəti bir qədər də güclənib və martın sonunda tikinti materiallarının qiymətində ümumi artım 15,2 faizə çatıb.

Ayrı-ayrı tikinti materialları üzrə qiymətlərdəki dəyişikliyin təhlili göstərir ki, bazarda bahalaşmanın əsas mənbəyi ağacdan hazırlanan məhsulların, plastik məmulatların, kimya sənayesi məhsullarının və metallardan düzəldilən tikinti materiallarının qiymətindəki kəskin artımdır.

Tikinti materialları bazarında yüksək bahalaşmanın səbəblərinə aydınlıq gətirən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bildirdi ki, böyük qiymət artımları xarici və daxili amillərin təsiri ilə baş verir.

O qeyd etdi ki, son bir ildə qlobal miqyasda tikinti materialları təxminən 10-15 faiz bahalaşıb və xarici qiymət dəyişiklikləri Azərbaycanda daxili bazar qiymətlərinə də təsir göstərib. Ekspert, xüsusən Ukraynadan idxalın çətinləşməsinin tikinti materiallarının qiymətinə mənfi təsir etdiyini dedi.

E.Azadov qiymətlərə təsir edən daxili amillərin də güclü olduğunu söylədi. Onun sözlərinə görə, qiymətlərin artımına təsir edən əsas daxili amillərdən biri şəffaflıqdır:
 
"Son 2 il ərzində vergi qanunvericiliyində aparılan dəyişikliyə görə, tikinti şirkətləri bütün xərclərini, dövriyyəni dəqiq göstərməlidir. İnşaat şirkətləri əvvəllər "qara bazar”dan DİK-i, taxta-şalban materiallarını, armaturu, kərpici nağd şəkildə alırdılar və ya barterlə hesablaşma olurdu. İndi, tikinti şirkətləri "qara bazar”dan material ala bilmir, yaxud aldıqda rəsmi ödəniş həyata keçirirlər. Ödənişlər rəsmi olduğundan satış həyata keçirən tərəfin əlavə xərcləri yaranır və onlar həmin xərcləri ödəmək üçün tikinti materiallarının qiymətini artırırlar”.
 
Həmsöhbətimiz dedi ki, qiymət artımına səbəb olan ikinci mühüm daxili amil işğaldan azad edilən Qarabağ regionunda tikinti-bərpa işlərinin həyata keçirilməsidir: "İşğaldan azad edilən ərazilərdə tikinti-bərpa işləri genişlənir. Hələlik, görülən tikinti işlərinin daha çox hissəsini avtomobil yollarının, körpülərin, kommunikasiya vasitələrinin tikintisi təşkil edir. Buna görə də Qarabağın işğaldan azad edilən ərazilərdə armatur, sement, beton, çınqıl və s. kimi tikinti materiallarına tələb artıb”.

E.Azadov bildirdi ki, tikinti materiallarının qiyməti yaxın aylarda düşməyəcək. Onun qənaətincə, ilin ikinci yarısından və növbəti ildən Qarabağda yaşayış evlərinin tikintisi genişlənəcək. Ekspert bu mərhələdə daxili təmir üçün istifadə edilən tikinti materiallarına tələbin artacağını və bu amilin qiymətlərdə bir qədər də artıma səbəb olacağını düşünür.  
 
Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...