Bu səbəblər dolları bahalaşdırır, Azərbaycan manatına təsir edir - TƏHLİL

Bu səbəblər dolları bahalaşdırır, Azərbaycan manatına təsir edir - TƏHLİL
Bu gün beynəlxalq birjalar açılanda Dollar İndeksi bir qədər də yüksələrək 100 həddini ötüb. Sonuncü dəfə indeksin 100 həddini ötməsinə 2017-ci ilin fevralında rast gəlinmişdi.

Sfera.az xəbər verir ki, indeksin yüksəlməsi dolların avro, funt sterlinq, Isveçrə frankı, yuan kimi aparıcı valyutalar qarşısında bahalaşmasının göstəricisidir.

İndeksin yüksəlməsinə ABŞ-da həm faizlərin artırılması, həm də inflyasiyanın bir qədər də güclənməsi ehtimalları kömək edib. Son məlumata əsasən, ABŞ-da illik inflyasiya 7,6 faiz olub. Mart ayı üçün açıqlanacaq məlumatda inflyasiya səviyyəsinin bir qədər də artacağı ehtimal edilir.

Bu ehtimal daxilində ABŞ-da faizlərin daha da artırılması realdır.

Buna görə də, son günlər ABŞ-da xəzinə qiymətli kağızları, dövlət iqtiqrazları bahalaşır. Qiymətli kağızların bahalaşması isə öz növbəsində Dollar İndeksini yüksəldir.

Dollar İndeksinin yüksəlməsi dolların bahalaşması deməkdir. Dolların bahalaşması isə Azərbaycan manatının da bahalaşmasıdır. Çünki manatın digər valyutalara nisbətən məzənnəsi məhz dollarla olan kursu əsasında müəyyənləşdi. Bu gün də manat əksər valyutalara nisbətən bahalaşıb.

Vasif
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...