Bu məşhur vitaminin çox qəbulu koronavirusun müalicəsində çətinlik yaradır

Bu məşhur vitaminin çox qəbulu koronavirusun müalicəsində çətinlik yaradır
"C vitamininin çox yüksək dozaları koronavirusun müalicəsinə müsbət təsir göstərmir, əksinə mədə-bağırsaq traktının orqanlarına və böyrəklərə zərər verə bilər”.

Sfera.az xəbər verir ki, bu barədə "Russia Today” kanalına açıqlamasında biofizik, Rusiya Milli Texnologiya Təşəbbüsünün (NTI) işçi qrupunun eksperti Andrey Lomonosov bildirib.

Alimin sözlərinə görə, C vitamini soyuqdəymənin aradan qaldırılmasına kömək edir. Lakin Lomonosovun fikrincə, onun koronavirusun gedişinə və daha sürətli sağalmağa təsiri sübuta yetirilməyib: 

"Tövsiyə edilən dozadan artıq C vitaminin qəbulu əks təsirlərə səbəb ola bilər. Bunların arasında mədə-bağırsaq traktının pozulması, mədə yanması kimi hallar var. Həmçinin C vitamininin yüksək dozada uzun müddət istifadəsi böyrək daşlarının daha sürətli əmələ gəlməsinə kömək edir. Dəmirlə birlikdə C vitamini qəbul edərkən bədəndə həddindən artıq dəmir yığılması da mümkündür".

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...