Bu il Azərbaycan Avropaya nə qədər qaz satıb?

12:39 / 12.05.2022
1149
Azərbaycanda bu ilin ilk 4 ayı ərzində 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli”dən, 8,5 milyard kubmetri "Şahdəniz”dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Sfera.az Energetika Nazirliyinə istinadən bildirir ki, ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artım olub.
Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb.
Vasif
Sfera.az