Bu gün dövlət qulluğu üzrə keçirilən imtahan başa çatıb - YENİLƏNİB

Bu gün dövlət qulluğu üzrə keçirilən imtahan başa çatıb - YENİLƏNİB
Bu gün keçirilən inzibati vəzifələrin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı və Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin V sinfinə qəbul imtahanı başa çatıb.

Sfera.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska) təmin olunub. İmtahanlar Bakı şəhərində 12 binada təşkil olunub.
İmtahanların idarə olunmasına 12 ümumi imtahan rəhbəri, 34 imtahan rəhbəri, 269 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi əməkdaşı, 12 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dövlət qulluğuna qəbul imtahanında bir iştirakçıda mobil telefon aşkar edilib və imtahandan xaric olunub.
Aprelin 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.
İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

09:50

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 10-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı şəhərində test imtahanı keçirilir.

Sfera.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidir:
-şəxsiyyəti təsdiq edən sənədin əsli;
-"İmtahana buraxılış vərəqəsi”;
-"İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (DİM-in saytından "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 559, BB qrupu üzrə 1530 olmaqla, ümumilikdə 2089 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 187 nəzarətçi müəllim, 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin olunacaq.

 

OXŞAR XƏBƏRLƏR

Nazirlik müəllimin şagirdi döyməsinə münasibət bildirdi - VİDEO

Zəngilan rayonu 35 nömrəli məktəbin musiqi müəlliminin VIII sinif şagirdini döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Sfera.az  xəbər verir...

Bu şagirdlər məktəbdən çıxarılır? - AÇIQLAMA

Zəif və orta nəticələr göstərən şagirdlərin 9-cu sinfi bitirdikdən sonra təhsildən uzaqlaşdırılması və peşə məktəblərinə yönəldilməsi ilə bağlı məktəb direktorl...

21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstə...

Bakıda 37 orta məktəbə yeni direktor təyin olundu - SİYAHI

2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 37 orta məktəbə yeni direktor təyin olunub. Sfera.az xəbər verir ki, bu barədə...

"Direktorların təyinatında ciddi qanun pozuntularına yol verilir" - Deputat iki məktəbin adını çəkdi

"Son zamanlar məktəb direktorlarının təyinatında yol verilən ciddi qanun pozuntuları neqativ halların dərinləşməsinə səbəb olur”.   Sfera.az bildirir ki,...

Başqasının yerinə imtahana girmək istədi, 4 telefon aşkarlandı

Dövlət İmtahan Mərkəzi mayın 15-də əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi x...