Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları

Boyunda xırçıltı nədən xəbər verir? - Şaqqıldatmağın fəsadları
Boyun onurğanın ən vacib və hərəkətli hissəsidir. Boyuna düşən gündəlik yük də çoxdur. Boyunda 7 onurğa fəqərəsi var, məhz burdan magistral damarlar, yuxu arteriyaları, vacib sinir kökləri keçir.

Ona görə boyunda ən kiçik problem onurğa və baş beyin üçün ciddi nəticələr verə bilər. Boyun həm də incə hissədir, ona görə onunla ehtiyatlı davranmaq lazımdır.
Sfera.az boyunda xırçıltı, şaqqıltı olmasının səbəblərini təqdim edir.

Xırçıltı 2 cür olur: ağrılı və ya ağrısız.

Ağrısız xırçıltı bu hallarda olur:

- Boynunu həddən artıq çox hərəkət etdirənlərdə, arıq insanlarda

- Kalsium mübadiləsi pozulmasında

- Boynun əzələ və bağ aparatına duz yığılmasında

- Döndərici və əyici əzələnin spazmı


- Döş qəfəsində əyilmə, skolioz, kifoz zamanı boyun fəqərələrinin qeyri-düzgün yerləşməsi

- Oynaqətrafı mayedə azot qabarcıqları və karbon oksid qazının çox yığılması

Başı sağa-sola əyəndə, boynu çevirəndə ağrılı xırçıltının səbəbləri:

- Daha mürəkkləb patologiyalardan xəbər verir: ostexondroz, fəqərə yırtığı, spondilyoz, boyun əzələlərinin, damarlarının müxtəlif xəstəlikləri

Ostexondroz zamanı boyun fəqərələri yeyilir, sıxılır, formasını dəyişir, amortizator rolunu itirir və sinirlər, damarlar sıxılır.  Bu zaman boyun xırçıldayan zaman ağrılı olur və ağrı qola verir. Xəstədə bağ ağrısı, ayaqlarda hissiyatsızlıq, keyimə, başgicəllənmə də olur.

Müalicə

İlk növbədə yuxarıdakı səbəblər araşdırılmalıdır. əgər xırçıktı müvəqqətidirsə, fizioloji haldırsa, heç bir müalicə tələb olunmur. Sadəcə xəstə boynuna düşən yükü azaltmalı, arada əzələləri rahatlatmalı, yüngül masaj, boyun hərəkətləri etməlidir.

Bu problemin müalicəsi ilə həkim vertebroloq, manual terapevt, nevroloq və fizioterapevt məşğul olur.  Siz iri klinikalarda bu həkimləri araşdırıb, müalicə də bilərsiz.

İlk növbədə nevroloqa müraciət edib rentgen və MRT olunur, nəticəyə görə müalicə və terapiya seçilir.

Eləcə də siz Şərq, Çin metodikası üzrə bel, onurğa, boyun möhkəmləndirilməsi gimnastik hərəkətlərini evdə edə bilərsiz. Bu hərəkətlər video və şəkillərlə youtube kanalında var.

Medicina.az /

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...