Bakıda zavodda partlayış: Ölən var

Bakıda zavodda partlayış: Ölən var
Mayın 6-da Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR

Baş redaktor sirkə turşusu içib zəhərləndi – Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

Bakıda jurnalist Nəsimi Şərəfxanlı evində sirkə turşusu içərək zəhərlənib.  Sfera.az xəbər verir ki, o, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbə...

Bakıda yaşayış binasında UÇQUN: 4 nəfər təxliyə olundu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış binasında uçqun baş verməsi və vətə...

Bakıda zavodda partlayış: Ölən var

Mayın 6-da Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı il təvəllüdlü Sakit ...

Azərbaycanda sahibkarın öldüyü dəhşətli qəzanın görüntüləri - FOTO+VİDEO

Biləsuvarda ölümlə nəticələnən yol qəzasının görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, hadisə şəhərin Təzə yol adlanan ərazisində qeydə alınıb. ...

İki gənc qız metro tunelinə düşüb, qaçdı...- "20 Yanvar" stansiyasında

İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.   Sfera.az xəbər verir ki, dərhal "20 Yanvar-İnşaatçılar" m...

Gəncədə 16 yaşında ana olan qızla bağlı TƏFƏRRÜAT– “110 kq çəkidə olduğu üçün...”

Xəbər verdiyimiz kimi, Gəncə şəhərində 16 yaşlı qız xəstəxanada uşaq dünyaya gətirib.    Hadisə ilə bağlı Sfera.az-a açıqlama verən Gəncə Perinatal ...