Gəncədə 16 yaşında ana olan qızla bağlı TƏFƏRRÜAT– “110 kq çəkidə olduğu üçün...”

Gəncədə 16 yaşında ana olan qızla bağlı TƏFƏRRÜAT– “110 kq çəkidə olduğu üçün...”
Xəbər verdiyimiz kimi, Gəncə şəhərində 16 yaşlı qız xəstəxanada uşaq dünyaya gətirib. 
 
Hadisə ilə bağlı Sfera.az-a açıqlama verən Gəncə Perinatal Mərkəzin baş həkimi Sevda Hüseynova xəstənin mərkəzə daxil olarkən yaşını gizlətdiyini deyib. 
Həkim hamilə qadının 110 kq çəkidə olmasının yaşını çox göstərdiyini bildirib:

"Əliyeva Leyla Ramin qızı mərkəzə ağır vəziyyətdə - 40 həftəlik hamilə və 3-cü dərəcəli piylənmə diaqnozu ilə daxil olub. Xəstəxanaya daxil olarkən üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün xəstə 2003-cü il tarixi ilə qeydiyyatdan keçib. Hamilə qadın 110 kq çəkidə olduğu üçün 16 yaşda olduğu bilinmirdi. Onun vəziyyəti ağır olduğu üçün təcili olaraq cərrahi əməliyyata alınıb. Xəstə qeydiyyata alınarkən elektron qaydada məlum olub ki, o, 2006-cı il doğumludur”. 
 
S.Hüseynova hamiləlikdən 4 kq çəkidə uşağın dünyaya gəldiyini sözlərinə əlavə edib:

"Bu fakt aşkarlandıqdan sonra polisə məlumat verilib. Xanıma cərrahi müdaxilə edildikdən sonra 4 kq çəkidə qız uşağı doğulub. Hazırda uşaq və ananın vəziyyəti kafi-stabildir. Xəstə mərkəzə Samuxdan gətirilib”. 
Məlumat üçün bildirək ki, qeyd edilən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalara başlanılıb. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR