İki gənc qız metro tunelinə düşüb, qaçdı...- "20 Yanvar" stansiyasında

İki gənc qız metro tunelinə düşüb, qaçdı...-
İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
 
Sfera.az xəbər verir ki, dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb.
 
Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb.
 
Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb. 
 
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR