Bahalaşan kənd təsərrüfatı mallarından nə qədər gəlir əldə edilib?

Bahalaşan kənd təsərrüfatı mallarından nə qədər gəlir əldə edilib?
Bu il Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının ixrac dəyərində 24 faizdən çox artım qeydə alınıb.

Sfera.az xəbər verir ki, ötən ilin birinci rübündə kənd təsərrüfatı mallarının ixrac dəyəri 170 milyon dollar olduğu halda, bu ilin eyni dövründə 210,7 milyon dollara yüksəlib. Müqayisədə bu il aqrar məhsullarının ixracından 40,7 milyon dollar çox gəlir əldə edildiyi görünür.

Kənd təsərrüfatı məhsulları arasında ixracda ən çox gəlir meyvədə olub. Meyvə ixracının dəyəri 80,5 milyon dollara yüksəlib. Bu ilin birinci rübündə təxminən 10 milyon dollar çox meyvə satılıb.

Meyvədən ixrac gəlirlərinin artması qiymətlərin yüksəlməsi ilə bağlıdır. Belə ki, ötən il 63,5 min ton meyvə satıldığı halda, bu il satılan meyvənin miqdarı 59,6 min tona düşüb. Lakin satılan meyvənin qiyməti yüksəldiyindən ixrac gəlirləri artıb.

Eyni hal pambıq ixracında da müşahidə edilib. Satılan pambığın miqdarının azalmasına baxmayaraq qiymətin yüksəlməsi hesabına əldə edilən gəlir 2,6 milyon dollar artaraq 72,2 milyon dollar olub.

Tərəvəz ixracında isə həm miqdar, həm də dəyər ifadəsində artım var. Bu səbəbdən tərəvəz ixracından gəlirimiz 63 faiz və ya 16,8 milyon dollar artaraq 43,6 milyon dollara yüksəlib.

Tərəvəz ixracının artması pomidor satışının kəskin artımı ilə bağlıdır. Birinci rübdə pomidor satışı 83 faiz artaraq 39 milyon dollara çatıb. Bu il pomidor satışı dəyər ifadəsində 17,6 milyon dollar artıb.

Meyvə, pambıq və tərəvəz kənd təsərrüfatı ixracında əsas mallar sayılır. Bu malların ümumi dəyəri 196,3 milyon dollar olmaqla cəmi ixracın 93,16 faizini təşkil edib.

Bu mallarla bərabər 5,2 milyon dollar dəyərində tütün xammalı, 3,6 milyon dollar dəyərində arpa, 3,5 milyon dollar dəyərində gön-dəri, 2 milyon dollar dəyərində heyvandarlıq məhsulları ixrac olunub. Adıçəkilən malların dəyərində də artım var.

Ümumilikdə, birinci rübdə Azərbaycan təxminən 150 min ton kənd təsərrüfatı məhsulu ixrac edib.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...