Azərbaycanda neçə valyutadəyişmə məntəqəsi var?

Azərbaycanda neçə valyutadəyişmə məntəqəsi var?
Azərbaycanda son 5 ayda verilə yeni lisenziyalarla valyuta mübadiləsi fəaliyyətinə lisenziya alan şəxslərin sayı 4-ə çatıb.

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin dekabrına qədər Azərbaycanda bir müstəqil valyutadəyişmə məntəqəsi fəaliyyətdə olub. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 520-də qeydiyyatda olan "Eliko" MMC elə həmin ünvanda da valyuta mübadiləsi fəaliyyətini gösgtərir.

2021-ci ilin dekbarın 8-də "Delta Capital" MMC-yə lisenziya verilib. Bu qurum Bakı şəhəri, Yasamal rayonu, məhəllə 581-də valyuta mübadiləsi ilə məşğul olur.

2022-ci ilin martın 15-də isə daha 2 şəxs - "Zuhur" MMC və "Baki Mərkəzi valyuta" MMC valyuta mübadiləsini həyata keçirir.  "Zuhur" MMC Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov küçəsi, ev 6c-də, "Baki Mərkəzi Valyuta" MMC Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 31, mənzil 11;13 ünvanında fəaliyyət göstərir.


Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...