Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər - EKSPERTDƏN AÇIQLAMA
Rusiya ilə Ukrayna arasında baş verən müharibə avtomobil ehtiyat bazarına da təsir edib. Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları, həmçinin Avropa dövlətlərinin hava məkanını Rusiyanın üzünə bağlaması bir çox məhsulların logistikasında ciddi problemlər yaradıb.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının kommunikasiya direktoru Ramin Musayev də bildirib ki,  bəzi məhsulları ölkəyə gətirmək olmur.

Maraqlıdır, nəqliyyat idxalı ilə bağlı Azərbaycan başqa hansısa ölkəni alternativ seçə bilərmi? Ehtiyyat hissələrin gətirilməməsi ciddi qiymət fərqi (bahalaşma) yaradacaqmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Rusiya istehsalı avtomobillərin qiymətində fərq yaranmayacağını bildirib:

"Bu gün Rusiya-Ukrayna müharibəsi fonunda tətbiq olunan iqtisadi sanksiyalar, Rusiyanın avtomobil sənayesindəki böhran Azərbaycanın avtomobil bazarına o qədər də təsir edə bilmir. Çünki Azərbaycan avtomobil bazarı ümumilikdə Rusiyanın avtomobil sənayesindən asılı deyil. Azərbaycanın alternativləri çoxdur. Bizim ölkəmizə müxtəlif ölkələrdən avtomobillər və ehtiyat hissələri gətirilir. Bu ölkələr arasında ABŞ, Yaponiya, Avropa İttifaqı ölkələri, eyni zamanda Cənubi Koreya və Çin də yer alır". 

Ekspert Azərbaycanda Rusiya istehsalı avtomobillərin əvəzinə Çin istehsalı avtomobillərin çoxala biləcəyini deyib. Mütəxəssis bu avtomobillərin daha ucuz qiymətə təqdim edilə biləcəyini də diqqətə çatdırıb:

"Azərbaycanda Rusiya istehsalı avtomobillərin qiymətinin kəskin yüksəlməsinə inanmıram. Əgər belə olarsa, o zaman Rusiya avtomobil sənayesi Azərbaycan avtomobil bazarını itirə bilər. Ona görə ki, alternativlər var.  Rusiyanın təklif etdiyi avtomobillərlə təxminən eyni keyfiyyətə və seqmentə malik olan və daha ucuz avtomobillər, Çin avtomobil sənayesi var. Əgər bahalaşma olarsa,  Azərbaycanda Çin istehsalı olan avtomobillərin sayı çoxala bilər". 


Əzizə Zeynal

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...