Azərbaycanda adambaşına gəlir 7 min dollara çatacaq - Proqnoz

Azərbaycanda adambaşına gəlir 7 min dollara çatacaq - Proqnoz
2022-ci ildə xam neftin, təbii qazın, neft məhsullarının, həmçinin digər bir çox əmtəənin qiymətinin yüksəlməsi Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) nominal dəyərinin xeyli artmasına səbəb olacaq.
 
Sfera.az bildirir ki, hökumətin proqnozuna əsasən 2022-ci ildə Azərbaycanda ÜDM istehsalı 86,6 milyard manata yüksələcək. Bu proqnoz hazırlanan zaman neftin ortaillik qiymətinin 50 dollar olacağı təxmin edilirdi. Amma ilk 3 ayın nəticələri göstərir ki, neftin orta qiyməti çox yüksək olacaq.

Bu il "Brent” neftinin orta qiymətinin 90 dollar səviyyəsindən aşağı düşməyəcəyi proqnozlaşdırılır. Bu gözlənti özünü doğruldarsa, ÜDM istehsalının 100 milyard manatı ötməsirealdır. Çünki neft bahalaşdıqda neft məhsulları, təbii qaz və digər sənaye əhəmiyyətli məhsulların qiyməti xeyli yüksəlir. Buna görə də neftin dəyərinin artması ümumi məhsul istehsalının dəyərinə birbaşa və dolayı müsbət təsirlərə sahibdir.

İlk 2 ayın nəticələri cari ildə istehsalın həcminin kəskin artacağından xəbər verir. 2022-ci  ilin yanvar və fevral ayları ərzində ÜDM istehsalının dəyəri 19,2 milyard manat olub və adambaşına düşən məhsul istehsalı 1910 manat təşkil edib.
 
Mövcud aylıq dinamika davam edəcəyi təqdirdə ilin yekununda istehsalın həcmi 110milyard manatı, adambaşına düşən gəlir isə 10,5 min manatı ötəcək.
 
Neftin və digər əmtəələrin bahalaşması ilə əlaqədar ÜDM-in həcminin sürətlə artmasını 2021-ci ildə də müşahidə edilib. Ötən il 83 milyard manat dəyərində məhsul istehsalı gözlənilirdi. Ancaq ilin yekununda istehsal 93 milyard manata çatdı.
 
İstehsalın proqnozdan 10 milyard manat çox olması neftin qiymətinin 67 dollara yüksəlməsi ilə bağlı idi.
 
Bu il neftin orta qiyməti daha yüksək olacağından ÜDM istehsalının 110 milyard manatı, hətta 120 milyard manatı ötməsi realdır.
 
Əgər ən yaxşı proqnozlar özünü doğruldarsa, o halda, ölkəmizdə ÜDM istehsalının dəyəri dollar ifadəsində 70,58 minə, onun adambaşına düşən hissəsi isə 7 minə çatacaq.
 
Xatırladaq ki, indiyə qədər dollar ifadəsində ən yüksək istehsal göstəricisi 2014-cü ildə qeydə alınıb. Həmin tarixdə ümumi istehsal həcmi 75 min dollara, adambaşına düşən gəlir isə 7,9 min dollara yüksəlmişdi.
 
Yenidən bu səviyyəyə çatmaq üçün ÜDM istehsalı 127 milyard manatı, adambaşına düşən gəlirnəzərə alındığında isə 136 milyard manatı ötməlidir.
 
Vasif 

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...