Azərbaycan neftin nə qədərini XARİCƏ SATIR? - RƏQƏMLƏR AÇIQLANDI

11:51 / 12.05.2022
899
Azərbaycan 2022-ci ilin yanvar-aprel ayları üzrə 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.
Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ölkə üzrə neft hasilatının 7 milyon tonu "Azəri-Çıraq-Günəşli”nin, 1,5 milyon tonu (kondensat) "Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,6 milyon ton təşkil edib.
Vasif
Sfera.az