Azərbaycan nefti 115 dollardan baha satılacaq - Belə davam edərsə...

Azərbaycan nefti 115 dollardan baha satılacaq - Belə davam edərsə...
"Rusiya-Ukrayna müharibəsi fonunda neft bazarında ciddi çaşqınlıq müşahidə olunur”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. O xatırladıb ki, brent markalı neftin bir bareli 112 dollar təklif olunur və bu, Azərbaycan neftinin 115 dollardan baha satılacağı anlamına gəlir:

"Gündəlik 12 milyon barel neft hasil edən Rusiya istehsalı ilə enerji bazarında qiymətlərə təsir edən dövlətlərdəndir. İnvestorlar genişlənən sanksiyalar fonunda Rusiyanın neft ixracatında dayanmaların olacağından və "qara qızıl" qıtlığının yaranacağından ehtiyatlanırlar. Bu da neftin qiymətinə xüsusi təzyiq yaradır. Bununla belə, müharibə yalnız qiymətləri artırmır, eyni zamanda neft bazarında "köpüklər" yaradır. Bu "köpüklər" isə hər zaman partlaya bilər”.

Millət vəkilinin sözlərinə görə, bu isə o deməkdir ki, qiymətlərin kəskin artımı iqtisadi deyil, psixoloji və siyasi faktorlar ilə bağlıdır:

"Doğrudur, Rusiyaya qarşı sanksiyalar genişlənsə, neft bazarındakı gərginlik hələ bir müddət müşahidə olunacaq. Amma neftin qiyməti müharibənin başlamasına verdiyi reaksiyanı əks olaraq savaşın bitməsinə də verə bilər. Bu halda yenidən neftin qiymətləri ucuzlaşa bilər. Bununla belə, mövcud status-kvo neftin qiymətlərinin artmasını şərtləndirir. Amma neft bazarında uzun müddətli dayanıqlıqdan və stabillikdən danışmaq hələlik mümkün deyil”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...