Azərbaycan bu il turist cəlb edə biləcəkmi? - "Bunu etsək..."

Azərbaycan bu il turist cəlb edə biləcəkmi? -
Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağaların aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir. Artıq əksər ölkələr, tibbi maskdan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv ediblər.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı deputat Vüqar Bayramov deyib ki, karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizimin inkişafı baxımdan vacibdir:

"2021-ci ildə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payın düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər. Qeyd edək ki, pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründüyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faiz bəndə yaxın azalıb. Doğrudur, ÜDM-in məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir”.

Millət vəkili yeni turizm mövsümünün başladığını vurğulayaraq fikirlərinə bu cür davam edib:

"2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla, bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...