“Avroviziya-2021” mahnı müsabiqəsində səsvermə başladı - CANLI
Maqazin
01:10 / 23.05.2021
4712
Niderland Krallığının Rotterdam şəhərində Avroviziya-2021 mahnı müsabiqəsinin final mərhələsi başlayıb.
Sfera.az xəbər verir ki, finalda Azərbaycan, Norveç, Litva, İsrail, Rusiya, Malta, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya iştirak edir.
Müsabiqədə təmsilçimiz Samirə Əfəndi "Mata Hari” mahnısı ilə çıxış edəcək.
***
Azərbaycan təmsilçisi Samirə Əfəndi Niderlandın Rotterdam şəhərində "Avroviziya -2021” mahnı müsabiqəsinin finalında çıxış edib.
Sfera.az xəbər verir ki, o, "Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edib.
Qeyd edək ki, final mərhələsində Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və ev sahibi Niderland təmsilçiləri çıxış edir.
Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. "Avroviziya” mahnı müsabiqəsi 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
***
Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən "Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalında bütün iştirakçıların çıxışları yekunlaşıb.
Azərbaycan təmsilçisi Samirə Əfəndi "Open Up” ("Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.
Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino ifaçılarının final çıxışlarından sonra səsvermə başlayıb.