"Hər il kino sahəsinə ayrılan milyonlarla nazirliyin borcu silinir" - Xalq artistindən ETİRAZ

"Dünyada ən böyük gəlir gətirən sahələrdən biri kinodur. Gərək ona şərait yaradasan ki, qazanc götürəsən”.
 
Bunu Sfera.az-a açıqlamasında Xalq artisti, rejissor, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) ötən gün maliyyə naziri Samir Şərifovun Milli Məclisdəki çıxışı zamanı kino sahəsi ilə bağlı səsləndirdiyi tənqidlərə fikir bildirirkən deyib.

Müsahibimiz qeyd edib ki, kino sahəsində hələ də maddi texniki baza qurulmayıb:

"Kino rəssamlıq deyil ki, əlinə boyanı, fırçanı alıb çəkəsən. O, böyük sənayedir və lazımi səviyyədə pul qazanmaq, bütün dünyaya tanıtmaq üçün birinci maddi texniki bazası qurulmalıdır. Bunlar olmadan istəyirsən get Berqmanı, Kurosavanı gətir, yenə heç bir şey edə bilməyəcəklər. Düzdür, hər il kino sahəsinə 6 milyon pul ayrılır. Lakin bu pul hara gedir? Maliyyə naziri bu məsələdə haqlıdır. Hara xərclənir bunlar? Hansı nəzarət var? Həmin ayrılan vəsaiti param-parça edirlər. Digər tərəfdən normal film çəkmək üçün normal pul ayrılmalıdır. Hətta 6 milyon manat bir filmin çəkilişinə ayrılsa da, yenə azdır. Çünki sənin maddi texniki bazan yoxdur və bütün aparatları Rusiya, Ukrayna, Gürcüstan kimi ölkələrdən gətirirsən. Ayrılan pulun çoxu texnikaya sərf edilir. Daş atıb başımı tuturam, yəni indiyə qədər niyə biz maddi bazanı bu səviyyədə yaratmırıq ki, pul da özümüzə qalsın”.

Şeyx Əbdül bildirib ki, kinoya hazırkı yanaşma düzgün deyil:

"Ayrılan pullar mütləq xüsusi komissiyanın nəzarətində olmalıdır. Kinonu yaşatmaq istəyiriksə, ilk növbədə bu sahə Mədəniyyət nazirliyindən ayrılmalıdır. Nazirliyin kino tariximizə heç bir aidiyyatı yoxdur. Tamamilə fərqli strukturlardır. Tarixən özünü sübut etmiş kino sahəsi hər zaman müstəqil qurum kimi fəaliyyət göstərəndə böyük işlər görüb. Niyə Mədəniyyət nazirliyinə qoşulandan sonra heç bir iş görülmür? Həmin 6 milyonun 3-4 milyonu nazirliyin borcuna silinir, heç kinostudiyalara çatmır. Digər tərəfdən bizim beynəlxalq festivallarda mükafat alan filmlərimiz də var. Boş əllə, cırmaq-cırmaq çəkdiyimiz filmlər festivallarda premyalar alıb yer tuturlar. Kino barmaqla çəkilən sənət deyil, əksinə təşkilati iş tələb edən sahədir. Onun min cür strukturları, sahələri var və bunlar vahid mərkəzdə birləşməli, ortaya sənət əsəri qoyulmalıdır”.
Qeyd edək ki, maliyyə naziri Samir Şərifov vəsaitlər ayrılsa da, nəticədə hər hansı bir kino əsərlərinin görülmədiyini deyib. "Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir” , - deyə o bildirib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

1000 manatdan çox cəriməsi olan azərbaycanlı məşhur KİMDİR?- VİDEO

Aşıq Əli Tapdıqoğlunun yol hərəkəti qaydalarını pozduğu üçün 1078 manat cəriməsi var. Sfera.az xəbər verir ki, bu barədə aparıcı Zaur Kamalın verilişində ...

Həbsdən çıxan Manaf Ağayevlə bağlı İLK AÇIQLAMA: Səhhəti...

Ötən gün gecə saatlarında azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur. Sfera.az  xəbər verir ki, bu barədə Lent.a...

Dadaşovanın həbs olunan bacısı oğlu Əməkdar artistin həyat yoldaşı olub - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib. Sfera.az xəbər verir ki, Zaur Mahmudov həm də Əməkdar art...

Nura TƏBİB-in qərarlarına "od püskürdü": "Camaatı cərimələmək üçün tələ..."

Müğənni Nura Suri Facebook profilində karantin rejiminin qaydalarına irad bildirib. Sfera.az xəbər verir ki, o, statusda bunları yazıb: "Toylar açılır, la...

"Hər il kino sahəsinə ayrılan milyonlarla nazirliyin borcu silinir" - Xalq artistindən ETİRAZ

"Dünyada ən böyük gəlir gətirən sahələrdən biri kinodur. Gərək ona şərait yaradasan ki, qazanc götürəsən”.   Bunu Sfera.az-a açıqlamasında Xalq artisti, ...

“Avroviziya-2021” mahnı müsabiqəsində səsvermə başladı - CANLI

Niderland Krallığının Rotterdam şəhərində Avroviziya-2021 mahnı müsabiqəsinin final mərhələsi başlayıb. Sfera.az xəbər verir ki, finalda Azərbaycan, Norve...