Nura TƏBİB-in qərarlarına "od püskürdü": "Camaatı cərimələmək üçün tələ..."
20:16 / 25.06.2021
2182
Müğənni Nura Suri Facebook profilində karantin rejiminin qaydalarına irad bildirib.
Sfera.az xəbər verir ki, o, statusda bunları yazıb: "Toylar açılır, lap yaxşı. Bunu bildik.
Bəs, açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub? Yoxsa toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?
O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu.
Las Vegasda ayın on beşindən əvvəl də, ümumiyyətlə, maska taxan yox idi".