Avropa bu tarixdə rus qazından imtina edəcək - Aİ üzvündən AÇIQLAMA

Avropa bu tarixdə rus qazından imtina edəcək - Aİ üzvündən AÇIQLAMA
Avropa İttifaqının (Aİ) İqtisadiyyat Komissiyasının üzvü Paolo Gentiloni bəyan edib ki, Aİ 2027-ci ilin sonunda Rusiya neft və qazından asılılıqdan qurtulmağı hədəfləyir.

Sfera.az  "Bloomberg”ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatı davam edərkən, Avropanın Rusiya enerji resurslarından asılılığı gündəmdə qalır. Aİ üzvü "Il Messaggero” qəzetinə verdiyi açıqlamada, Avropa İttifaqının ilin sonuna qədər Rusiya neft və qazından asılılığını 33 faiz azaltmağı və 2027-ci ilin sonuna qədər bu asılılıqdan tamamilə qurtulmağı hədəflədiyini açıqlayıb.

Gentiloni həmçinin söyləyib ki, Aİ 2022-ci il üçün əvvəlki artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirə bilər: "Avropa İttifaqı yaz müddətli proqnozlarını mayın 16-da dərc edəcək”.

Aİ rəsmiləri Rusiyanın enerjisindən asılılığını azaltmağa çalışarkən, Ukrayna tərəfdən Rusiya neftinə dərhal embarqo qoyulması çağırışları davam edir.
Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Aİ-ni Rusiya neftinə real embarqo qoymağa çağırıb. "Tvitter” hesabından açıqlamalar verən Kuleba, Rusiyanın sanksiyalardan yan keçməyə çalışdığını, rus neftini ehtiva edən hər hansı bir portfelin 100 faiz rus nefti kimi qəbul edilməsi lazım olduğunu bildirib.

Vasif
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

"Bu il də turist sayı acınaqlı olacaq" - Ekspert

"Quru sərhədlərinin hələ də  bağlı saxlanılması turizm sektoruna qarşı işgəncədir”.   Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov de...

AZAL niyə ziyanla işləyir? - Natiq Cəfərlidən AÇIQLAMA

"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən”. &nbs...

Bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevrilib - Böyük artım olan sahələr

Son illərdə Azərbaycan iqtisadiyyatının lokomotivi funksiyasını qeyri neft-qaz sektoru həyata keçirir. Bu tendensiya cari ildə də müşahidə olunmaqdadır. 2...

Bu ölkənin baş naziri elan etdi: "Bir günlük neftimiz qalıb"

Şri-Lankanın Baş naziri Ranil Vikremesinqe ölkə iqtisadiyyatı ilə bağlı mühüm açıqlamalar verib.   Sfera.az bildirir ki, nağd pul qıtlığının olduğunu və ...