"Ajiotaj yaratmağa ehtiyac yoxdur" - Taxıl qıtlığı təhlükəsi ilə bağlı AÇIQLAMA

Rusiya 80-84%, Qazaxıstan 16-20% taxıl idxalımızda paya sahib idi. Rusiya məhdudiyyətlər qoyduqdan sonra, Qazaxıstanın payı 54%-ə qaldırıldı, Rusiya 46%-ə endirildi. İndi Qazaxıstan da məhdudiyyət tətbiq edib.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, bu vəziyyəti qorxulu hal hesab etməyə və ajiotaj yaratmağa ehtiyac yoxdur:
 
"Azərbaycan ötən ilin eyni dövrülə müqayisədə taxıl ehtiyatını daha da artırıb. İkincisi isə dünya taxıl istehsal həcmləri Rusiya və Qazaxstandan ibarət deyil. Çin 135 milyon tonla birinci, Hindistan 99 milyon tonla ikincidir. Rusiya 3-cü, ardınca ABŞ, Kanada, Fransa və s. gəlir. Hətta 11-ci yerdə qardaş Türkiyə də var. Rusiya və Qazaxıstan öz başlarına hələ nələrin gələcəyini bilmədiyi üçün öz ehtiyatlarını artırırlar və buna görə məhdudiyyət tətbiq edirlər. Onların boşaltdığı bazarları tutmağa hazır olan ölkələr isə həmişə var. Digərləri özləri təklif gözlədiyi halda, Hindistan artıq Rusiyanın boşaltdığı bazarları tutmaq üçün dünyanın 30-a yaxın ölkəsinə özü müraciət edib. Məlumatlara görə burada Azərbaycan da var. Hindistan bu fürsətdən istifadə edərək, 99 mln tonluq istehsal həcmini 112 milyon tona çatdıracağını bildirir”.

Ekspert narahatedici məqamlara da toxunub:

"Bu, daşınma məsafəsinin uzaqlığı, logistik xərclərin artmasıdır. Eləcə də tələbin artmasına görə ixracatçıların ixrac rüsumlarını artırma riskləridir.  Bütün bunlar məhsulun maya dəyərinə oturduğu üçün qiymətlərin artması qaçılmazdır. Deməli, problem taxıl problemi deyil, puldur. Həmişə satan olacaq, necə deyərlər "puluna minnət". Amma artan qiymətlər, ələxsus da, çörəyin qiymətinin artması sadə insanlar üçün ciddi sosial problemdir. Bu problemi yaranmağa qoymamaq üçün hazırda ən real effekt verəcək addım subsidiya mexanizminin genişləndirilməsi ola bilər. Dövlət bununla artan qiymətləri qarşılayar”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...