“Ağ qızıl” yaxşı pul qazandırır – Qiymətlər 3 min dolları ötüb

“Ağ qızıl” yaxşı pul qazandırır – Qiymətlər 3 min dolları ötüb
2020-ci ilin əvvəlindən dəyəri davamlı yüksələn pambığın qiymətində yeni rekordlar müəyyənləşir. İki il əvvəl pambığın dəyəri ("ağ qızıl”) 1150 dollar olduğu halda hazırda qiymətlər 3 min dollardan yüksəkdir.

Sfera.az bildirir ki, ABŞ-da "ağ qızıl”ın bir funtunun (0,453 kq) qiyməti 1,41 dollara, bir tonunun qiyməti isə 3110 dollara çatıb. Müqayisə göstərir ki, son bir ayda qiymətlər 21 faiz, ilin əvvəlindən 23,5 faiz, son bir ildə isə 80 faiz artıb.

Pambığın dəyərinin bahalaşması pandemiyadan sonra tələbin güclənməsi və 2021-ci ildə tədarük xərclərinin artması ilə bağlıdır. Bundan başqa dünyanın ən böyük pambıq istehsalçısı olan Çində ehtiyatlarındakı azalmanın, həmçinin dünya üzrə pambığın fabrik istehlakındakı artımın güclənməsi də bahalaşmanı dəstəkləyir.

Pambığın bahalaşması Azərbaycan istehsalçılarına sərf etsə də əhali üçün əlverişli deyil.

"Ağ qızıl”ın dəyəri yüksələndə ölkəmiz pambıq ixracından daha çox qazanır. 2020-ci ildə pambıq satışından 152 milyon dollar gəlir əldə edildiyi halda, 2021-ci ildə 269 milyon dollar satış gəliri əldə olunub.

2022-ci ilin yanvar-fevral aylarında isə ixracdan 61 milyon dollar qazanılıb. Mövcud qiymətlər qalarsa, ilin sonunda pambıq satışının həcmi 350 milyon dolları ötəcək.

Pambığın qiymətinin artması yerli istehsalçılardan alınan xam pambığın alış qiymətini də artırıb. Əvvəl istehsalçılardan 550-600 manata satın alınan xam pambıq hazırda 800 manata alınır.

Amma "ağ qızıl”ın bahalaşması ölkəmizdə istehlakçıların xərcinin artmasına da səbəb olur. Azərbaycan əhalisi hər il geyim ləvazimatlarına bir neçə milyard manat pul xərcləyir. Pambıq bahalaşdığından son bir ildə parçaların qiyməti orta hesabla 14 faiz, geyim 6 faiz, digər paltarlar isə 8 faiz dəyər qazanıb.

"Ağ qızıl”ın qiyməti mövcud səviyyədə daha bir neçə ay qalarsa, parça və geyim mallarının qiyməti daha çox yüksələcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

“Hindistanın dərdi pul dərdidir, taxıl satmayacaqlar” – Ekpsertdən AÇIQLAMA

"Rusiya, Ukrayna və Qazaxstan taxıl ixracına məhdudiyyət qoyduqdan sonra bir çox ölkələrin taxıl ümidləri Hindistana idi. Bu gün isə bildirildi ki, Hindistan da...

Embarqoya baxmayaraq Rusiyanın üzü gülür: Neft gəlirlərinin artma səbəbi nədir?

Beynəlxalq Enerji Agentliyi Rusiyanın 2022-ci ilin ilk dörd ayında neft gəlirlərinin 50 faiz artdığı haqqında məlumat açıqlayıb. Sfera.az "Bloomberg”ə ist...

Qiymətlərdə böyük fərq yaranıb: Bu yazını oxumadan lirə və rubl alıb-satmayın! - Hansı bankda neçəyədir?

Məzənnə dəyəri sürətlə dəyişən valyutaların alış/satış qiymətləri arasında kəskin fərqlər yaranıb. Azərbaycanda fəaliyyət göstərən bankların günlük məlumatların...