Rusiya Avropaya neft ixrac edə bilməyəcək - DAHA SƏRT ADDIMLAR ATILIR

13:00 / 04.05.2022
1383
Avropa İttifaqı Komissiyasının hazırladığı altıncı sanksiya paketində Rusiyadan neft idxalının dayandırılması da var.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda məlumatı Komissiyanın sədri Ursula fon der Leyen keçirdiyi mətbuat konfransında verib:
"Etiraf etməliyik ki, bu asan olmayacaq. Bəzi üzv ölkələr Rusiya neftindən çox asılıdır. Amma biz bu məsələnin üzərində işləməliyik. Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı təklif vermişik”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzü Avropa İttifaqını enerji sahəsində daha sərt addımlar atmağa sövq edib. Amma bölgənin Rusiyadan enerji idxalından asılılığı ittifaq ölkələrinin neftlə bağlı qərar qəbul etməsini ləngidirdi.
Vasif
Sfera.az