“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi MƏLUM OLDU - 6 aylıq yağ ehtiyatı yanıb

“Azərsun Sənaye Parkı”na dəymiş zərərin həcmi MƏLUM OLDU - 6 aylıq yağ ehtiyatı yanıb
Ötən gün baş verən yanğında "Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.

Sfera.az xəbər verir ki, APA-nın "Azərsun Sənaye Parkı”ndakı mənbəyə istinadən verdiyi məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş:

"Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orda istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni, alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir”.

Qeyd edək ki, sənaye parkı daşınmaz əmlakın icbari sığortası, danışmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası və yanan məhsullar isə əmlak sığortası üzrə "Azərbaycan Sənaye Sığorta” Şirkətində sığortalanıb. Dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanacaq.
 

OXŞAR XƏBƏRLƏR

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...

"Səmərəli müzakirələr aparıldı" - Mİkayıl Cabbarov Azərbaycan-Litva biznes forumundan DANIŞDI

Xəbər verdiyimiz kimi, mayın 18-də Bakıda Azərbaycan-Litva biznes forumu keçirilib.    Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiy...

Yaxında Azərbaycanda bu məhsulları tapmaq olmayacaq - SİYAHI

İşğal səbəbindən Ukraynanın Qara dəniz limanlarından istifadə edə bilməməsi bu ölkədən mal alan ölkələri çətin vəziyyətə salıb. Artıq bir çox ölkədə buğda, günə...

Azərbaycanda günəmuzd çalışanlara maddi yardım edilə bilər - TƏKLİF

"Müəyyən sahələr üzrə aylıq əmək haqları artırılsa da, büdcə təşkilatlarından kənar insanlara bu şamil edilmədi”.  Sfera.az xəbər verir ki, bunu iqti...

80 min dollarlıq zərər var: Bazarlarda pomidor niyə BAHALAŞDI? - VİDEO

Azərbaycanda müxtəlif bazarlarda pomidor ötən illə müqayisədə baha qiymətə satılır. Bunu həm alıcılar, həm də satıcılar təsdiqləyir. Sfera.az xəbər ...