Zabit Səmədov dünya çempionu oldu – VİDEO

Zabit Səmədov dünya çempionu oldu – VİDEO

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidentiƏhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində iştirak edib. 

Oxu.Az xəbər verir ki, Qroznıda keçirilən döyüşdə Zabit Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.

Döyüş K.Moroşanunun hücumları ilə başlasa da, Zabit gözlənilmədən rəqibinin sinəsinə güclü diz zərbəsi endirərək onu nakauta salıb.

Bununla da, azərbaycanlı K-1 döyüşçüsü dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, Z.Səmədovun 120-yə yaxın azarkeşi Bakıdan iki avtobusla Qroznıya yollanıb və zalda idmançımıza dəstək olub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Altay Həsənovun doğum günüdür

Bu gün Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun doğum günüdür. Görkəmli dövlət xadiminin 61 yaşı tamam olur.  Altay Həs...

Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks" gecəsi - FOTOLAR

Bakıda Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edən "Qarapapaq Peşəkar Boks gecəsi” baş tutub.   ...

Yeni nazir Azərbaycan futbolunu dirçəltmək üçün hansı islahatları aparacaq? - AÇIQLAMA

Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda növbəti maçını keçirən millimiz 0 - 3 hesabı ilə Portuqaliyaya uduzub. Millimizin növbəti dəfə rəqibi ...

Prezident Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edi...

Prezident və xanımı Raman Salehi təbrik etdi

Prezident İlham Əliyev "Tokio-2020”-də üçüncü qızıl medalını qazanan Raman Salehi təbrik edib. Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitt...

Bu idmançılara 200 min manat verildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçi...