Yeni nazir Azərbaycan futbolunu dirçəltmək üçün hansı islahatları aparacaq? - AÇIQLAMA

Yeni nazir Azərbaycan futbolunu dirçəltmək üçün hansı islahatları aparacaq? - AÇIQLAMA
Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda növbəti maçını keçirən millimiz 0 - 3 hesabı ilə Portuqaliyaya uduzub. Millimizin növbəti dəfə rəqibi qarşısında məğlubiyyətə uğraması azərkeşləri məyus etdiyi qədər haqlı bir sualı da ortaya çıxarıb: ölkə klubları Avropa kuboklarında uğur qazandığı halda nə üçün Azərbaycan milli komandası bənzər uğuru təkrarlaya bilmir? 
 
Maraqlıdır, yeni gənclər və idman naziri Fərid Qayıbov başda fudbol olmaqla, digər idman sahələrində mövcud problemləri aradan qaldırmaq üçün hansı islahatları həyata keçirəcək?

Məsələ ilə bağlı Sfera.az-a danışan idman eksperti Sənan Şəfizadə bildirib ki, milli komandamızın təkcə DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz çıxışları deyil, bütövlükdə ölkə futbolunun mövcud vəziyyəti bizləri ciddi düşünməyə vadar etməlidir.

"Xüsusilə bu istiqamətdə dəyirmi masa keçirilməsinə ehtiyac var. Məsələ ondadır ki, təkcə futbol üzrə milli komanda deyil, eyni zamanda gənclərdən ibrarət milli komandamızda da vəziyyət ürəkaçan deyil. Düşünürəm, elə ilk olaraq bu məsələ öz həllini tapmalıdır. Çünki gənclərdən ibarət milli komandamızın üzvləri bir ildən sonra əsas heyətdə oynamaq haqqı əldə edəcək. Onlar hələ mövcud komandada yaxşı oynaya bilmirlərsə, milli komandada necə oyanacaqlar?

Nəzərə almaq lazımdır ki, ardıcıl məğlubiyyətlər azarkeşləri futboldan küsdürə bilər. Əgər mübarizə, qələbə yoxdursa, gələcəkdə azarkeşlər milli komandanın oyunlarına ümumiyyətlə, getməyəcək. Baxın bu gün ölkə klubları Avropanın nüfuzlu çempionatlarına qatılır, qələbə qazanır. Təbii olaraq azarkeşlər də klublarımızın oyunlarına gedir. Ancaq milli komanda gözləntiləri doğrultmur. Futbol üzrə milli komandada islahatlara ehtiyac var. 

Düşünürəm, bu istiqamətdə ən yaxşı yol dəyirmi masanın keçirilməsidir. Yəni hərkəs bir masa ətrafına toplaşsın və təkliflər irəli sürsün. Düzdür, biz milli komandanın içərisində deyilik və orada nə baş verdiyini deyə bilmərik, ancaq ən azından mövcud problemlər dilə gətirilməli və bir həll yolu tapılmalıdır”.
 
Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Altay Həsənovun doğum günüdür

Bu gün Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun doğum günüdür. Görkəmli dövlət xadiminin 61 yaşı tamam olur.  Altay Həs...

Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks" gecəsi - FOTOLAR

Bakıda Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edən "Qarapapaq Peşəkar Boks gecəsi” baş tutub.   ...

Yeni nazir Azərbaycan futbolunu dirçəltmək üçün hansı islahatları aparacaq? - AÇIQLAMA

Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda növbəti maçını keçirən millimiz 0 - 3 hesabı ilə Portuqaliyaya uduzub. Millimizin növbəti dəfə rəqibi ...

Prezident Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edi...

Prezident və xanımı Raman Salehi təbrik etdi

Prezident İlham Əliyev "Tokio-2020”-də üçüncü qızıl medalını qazanan Raman Salehi təbrik edib. Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitt...

Bu idmançılara 200 min manat verildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçi...