Bu idmançılara 200 min manat verildi - SƏRƏNCAM

Bu idmançılara 200 min manat verildi - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. 

Sfera.az xəbər verir ki, həmin idmançılar və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

İkinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

Üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 
 
Qeyd edək ki, Rafael Ağayev, İrina Zaretska karatedə, Hacı Əliyev isə güləşdə gümüş medal qazanıb.

OXŞAR XƏBƏRLƏR

Altay Həsənovun doğum günüdür

Bu gün Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun doğum günüdür. Görkəmli dövlət xadiminin 61 yaşı tamam olur.  Altay Həs...

Zəfər gününə həsr olunmuş “Qarapapaq Peşəkar Boks" gecəsi - FOTOLAR

Bakıda Azərbaycanın milli-mədəni dəyərlərini, bu dəyərlərdən doğan döyüş ruhunu, gücünü simvolizə edən "Qarapapaq Peşəkar Boks gecəsi” baş tutub.   ...

Yeni nazir Azərbaycan futbolunu dirçəltmək üçün hansı islahatları aparacaq? - AÇIQLAMA

Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda növbəti maçını keçirən millimiz 0 - 3 hesabı ilə Portuqaliyaya uduzub. Millimizin növbəti dəfə rəqibi ...

Prezident Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edi...

Prezident və xanımı Raman Salehi təbrik etdi

Prezident İlham Əliyev "Tokio-2020”-də üçüncü qızıl medalını qazanan Raman Salehi təbrik edib. Sfera.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Tvitt...

Bu idmançılara 200 min manat verildi - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçi...