Öz nəsil şəcərəsi barədə məlumat almaq istəyənlər nə etsinlər?

Öz nəsil şəcərəsi barədə məlumat almaq istəyənlər nə etsinlər?
Tiflisdə saxlanılan Çar Rusiyası dövrünə məxsus Azərbaycanın nəsil şəcərəsi ilə bağlı məlumatları haradan öyrənə bilərik? Məlumat üçün haraya müraciət etməliyik? 
 
Bizim.Media-nın mövzu ilə bağlı apardığı ilk araşdırmada məlum olub ki, artıq bu sənədlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Gürcüstan hökumətindən alınaraq Bakıya gətirilib.

70 min nüsxədən ibarət bu sənədlər Qafqaz Müsəlmanları İdarəsinin ofisində saxlanılır. Bu barədə məlumatı isə tarixçi alim, millət vəkili Anar İsgəndərli verib.
 
Araşdırmanı davam etdirərək bu sənədlərin hansı şəraitdə saxlanılması və ondan necə istifadə etməyin mümkünlüyünü aydınlaşdırmağa çalışdıq. 
 
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova faktın doğruluğunu təsdiqləyərək həmin illərə aid sənədlərin əslinin deyil, surətinin hal-hazırda Qafqaz Müsəlmanları İdarəsində saxlanıldığını bildirib.
 
"İdarəmizin tarixinin yazılması məqsədilə şeyx həzrətlərinin təşəbbüsü əsasında həmən sənədlərin sürəti Azərbaycana gətirilib”.
 
Qafqaz Müsəlmanları İdarəsinin gələn il 200 yaşı tamam olduğunu vurğulayan mətbuat xidmətinin rəhbəri əlavə edib ki, iki əsrə malik idarənin tarixinin araşdırılması baxımından bu sənədlərin ölkəmizə gətirilməsi çox vacib idi: 
 
"Çar Rusiyasının apardığı siyasət nəticəsində həmən sənədlər uzun illər ölkəmizdən kənarda, Gürcüstanda saxlanılırdı. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi Qafqazın tarixi və dini mərkəzi olduğu üçün Gürcüstana müraciət etdi və şeyxin səyləri nəticəsində həmən sənədlərin surətləri idarəmizə gətirildi”.
 
Hazırda o sənədlər də daxil olmaqla, idarənin bütün sənədlərinin elektronlaşdırıldığını bildirən mətbuat katibi əlavə edib ki, elektronlaşdırmaqda məqsəd istifadənin asanlaşdırılmasıdır.
 
"Sənədlər tam olaraq elektronlaşdırıldıqdan sonra Milli Arxiv İdarəsi ilə yaradılan əlaqələr sayəsində sənədlər onların istifadəsi üçün də əlçatan ola bilər. Lakin elektronlaşma hələ tam olaraq başa çatmayıb”.
 
Sənədlərdən istifadəyə gəlincə, Rəhimə Dadaşova bildirib ki, öz nəsil şəcərəsi barədə məlumat almaq, eləcə də elmi araşdırmalar məqsədilə həmin sənədlərdən istifadə etmək istəyən şəxslər bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin adına ərizə ilə müraciət etməlidirlər:
 
"Müvafiq icazədən sonra sənədlərlə tanış olmaq olar. İdarənin məramı da məhz vətəndaşlara xidmətdən ibarətdir”, - deyə o, fikirlərini yekunlaşdırıb.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 1 saata 21 manat yığan "dilənçi" jurnalist - VİDEO

Azərbaycanda jurnalist "dilənçi"lik edib.   Sfera.az xəbər verir ki, "MF" tv-nin əməkkdaşı, Fidan Səmədzadə şəhərdə dilənçilərlə bağlı sosial eks...

Öz nəsil şəcərəsi barədə məlumat almaq istəyənlər nə etsinlər?

Tiflisdə saxlanılan Çar Rusiyası dövrünə məxsus Azərbaycanın nəsil şəcərəsi ilə bağlı məlumatları haradan öyrənə bilərik? Məlumat üçün haraya müraciət etməliyik...

Kəlbəcərdən nəfəskəsən GÖRÜNTÜLƏR: Sıldırımlı yollarla səyahət - VİDEO

Kəlbəcərdən yeni, nəfəskəsən görüntülər yayımlanıb.   Sfera.az-ın məlumatına görə, görüntülərdə avtomobilin sıldırım yollarla hərəkət etdiyi əks olunu...

Günün ulduz falı: 31 mart, 2020

 Qoç - gözləmədiyiniz, heç ağlınıza gətirmədiyiniz hadisələr baş verir. Bunlar bəzən sizi çaş-baş salır, amma tezliklə başa düşürsünüz ki, hər şey yaxşılığ...

Koronavirus azərbaycanlıları necə dəyişdi? - VİDEO

Koronavirusla mübarizə məsələlərinə məşhur yumoristlər, blogerlər də öz dəstəyini nümayiş etdirirlər.  "VideoZavr” layihəsi də bu ənənədən geri qalmayıb. ...

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş bu yolla mümkün olacaq

Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq. Sfera.az xəbər ver...