Günün ulduz falı: 31 mart, 2020

Günün ulduz falı: 31 mart, 2020
 Qoç - gözləmədiyiniz, heç ağlınıza gətirmədiyiniz hadisələr baş verir. Bunlar bəzən sizi çaş-baş salır, amma tezliklə başa düşürsünüz ki, hər şey yaxşılığa doğrudur. Şəxsi həyatınızda nəyisə kökündən dəyişdirmək ehtimalınız var.

Buğa - işləmək üçün əla gündür. Zəhmətiniz hədər getməyəcək. Problemləri çox səmərəli üsullarla həll edə biləcəksiniz. Nə bədxahlarınız, nə də ki rəqibləriniz məqsədlərinizə çatmaqda sizə ciddi maneə törədə bilməyəcəklər.

Maliyyə və əmlak məsələlərinə vaxt və ciddi diqqət ayırmalı olacaqsınız, bu səbəbdən bəzi maraqlı məqamları qaçıra bilərsiniz.

Əkizlər - siz tənqidi yaxına buraxmırsınız. Elə yaxşı edirsiniz! Şəxsi problemləriniz tez həll olunur. Sizi maraqlandıran suallara cavab tapırsınız. Bu gün şəxsi həyatınıza dair vacib qərarlar verə bilərsiniz. Səhv etməyəcəksiniz.

Xərçəng - təəssüf ki, şəxsi xarakterli xoşagəlməzliklər yaşayacaqsınız. Burada siz qərarları tələsik verir, kobudluq edirsiniz. Yaxınlarınızı bu, çox kədərləndirir. Xidmət sferalarında çalışanlarla təmaslar məsləhət deyil.

Şir - bu səbəbdən arzuların qanadında göylərə uçmaq deyil, nə qədər darıxdırıcı olsa da, hadisələri diqqətlə təhlil etmək lazımdır. Qohumlar arasında münasibətlər gərginləşir: çoxları bir-birindən küsür və bu narazılıq getdikcə artır.

Baxmayaraq ki, hamı situasiyanın necə vacib olduğunu anlayır, ümumi problemlərin müzakirəsi üçün bir araya gəlmək də mümkün olmur.

Qız - pis gün deyil, amma narahatlıq keçirəcəksiniz. Demək olmaz ki, uğur birbaşa üzərinizə gəlir, amma onu əldə etmək sizə nəsib olacaq. İş ortaqları və ya rəhbərləri qarşı cinsdən olan Qızlar işlərində müvəffəqiyyət qazanacaqlar.

Daşınmaz əmlak, tikinti materialları və ərzaq məhsulları ilə bağlı uğurlu sövdələşmələr mümkündür.

Tərəzi - ictimai fəaliyyətlə məşğul ola bilərsiniz. Böyük kütlə qarşısındakı çıxışınız əla alınar. Şou-bizneslə məşğul olan Oxatanlar yaxşı qazanacaqlar, qalanları isə istənilən məclisin "ulduz"una çevriləcəklər. Ehtiyatlı olun, sizin populyarlığınıza paxıllıq edənlər sizə badalaq vurmağa çalışacaqlar.

Əqrəb -  təhsil, peşə biliklərinin artırılması üçün yaxşı gündür. İntellektual potensialınız yüksəkdir. Əvvəllər rəqabət aparmaqdan çəkindiyiniz insanları çox-çox geridə qoyursunuz. İşlə bağlı problemlərinizin həll olunması üçün qeyri-adi üsullar tapır və bununla həmkarlarınızı təəccübləndirirsiniz. Eyni zamanda işgüzarlığınız və entuziazmınız da sizi onlardan fərqləndirir.

Oxatan - qeyri-formal ünsiyyət, ziyafətlər, kütləvi  çıxışlar üçün uyğun gündür. Aşiq olmaq ehtimalınız var, amma yeni münasibətiniz istədiyiniz kimi asan və rəvan olmayacaq.

Oğlaq - əsas odur ki, bu gün ətrafınızdakılara qarşı nə hisslər duyduğunuzu aydınlaşdırasınız. Bəziləri yaxşı insanlar olsalar da, sizinki onlarla tutmur - bunu artıq boynunuza almağın vaxtı gəlib. Yaxşı düşünülmüş qərar həyatınızı yaxşılığa doğru dəyişməyə imkan verəcək.

Dolça - qeyri-adi, gərgin, hadisələrlə dolu, bir az yorucu, məhsuldar gündür. Qeyri-standart düşünməyi bacardığınız üçün bir çox əla nəticələrə nail olacaqsınız. Siz əşya və hadisələri digərlərinin görə bilmədiyi tərzdə fərz edə bilirsiniz.

Qərarlarınız kimlərəsə qəribə, çox cəsarətli, hətta axmaq görünə bilər.

Balıqlar - bu gün soyuqqanlılığınızla qürrələnə bilməyəcəksiniz. Təmkininizin "uçub getməsi" bəzən məqsədinizə çatmağa mane olacaq. Amma bunun yaxşı  tərəfi də var: güclənmiş həssaslığınız sayəsində başqalarının duymadıqlarını hiss edəcəksiniz.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 1 saata 21 manat yığan "dilənçi" jurnalist - VİDEO

Azərbaycanda jurnalist "dilənçi"lik edib.   Sfera.az xəbər verir ki, "MF" tv-nin əməkkdaşı, Fidan Səmədzadə şəhərdə dilənçilərlə bağlı sosial eks...

Öz nəsil şəcərəsi barədə məlumat almaq istəyənlər nə etsinlər?

Tiflisdə saxlanılan Çar Rusiyası dövrünə məxsus Azərbaycanın nəsil şəcərəsi ilə bağlı məlumatları haradan öyrənə bilərik? Məlumat üçün haraya müraciət etməliyik...

Kəlbəcərdən nəfəskəsən GÖRÜNTÜLƏR: Sıldırımlı yollarla səyahət - VİDEO

Kəlbəcərdən yeni, nəfəskəsən görüntülər yayımlanıb.   Sfera.az-ın məlumatına görə, görüntülərdə avtomobilin sıldırım yollarla hərəkət etdiyi əks olunu...

Günün ulduz falı: 31 mart, 2020

 Qoç - gözləmədiyiniz, heç ağlınıza gətirmədiyiniz hadisələr baş verir. Bunlar bəzən sizi çaş-baş salır, amma tezliklə başa düşürsünüz ki, hər şey yaxşılığ...

Koronavirus azərbaycanlıları necə dəyişdi? - VİDEO

Koronavirusla mübarizə məsələlərinə məşhur yumoristlər, blogerlər də öz dəstəyini nümayiş etdirirlər.  "VideoZavr” layihəsi də bu ənənədən geri qalmayıb. ...

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş bu yolla mümkün olacaq

Gürcüstan və Azərbaycan arasında vətəndaşların gediş-gəlişi yalnız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq. Sfera.az xəbər ver...