“Z” hərfinin mənası bilindi - Niyə müharibəni dəstəkləyənlərin simvoluna çevrilib?

“Z” hərfinin mənası bilindi  - Niyə müharibəni dəstəkləyənlərin simvoluna çevrilib?
Rusiyalı gimnast İvan Kulyak idman formasının sinəsinə "Z" hərfi yapışdırandan sonra bu ölkənin Ukraynaya qarşı müharibəsinə dəstək anlamı qazanmış simvol bir daha gündəmə gətirdi. Rus əlifbasında olmayan "Z" hərfi hardan və niyə peyda oldu?

"Z" hərfi Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. Bu nişanı ölkənin küçələrində, nəqliyyat vasitələrində, dayanacaqlarda, siyasətçilərin paltarlarında görmək olar.

RUSI təhlil mərkəzinin Avrasiya üzrə mütəxəssisi akademiki Emily Ferris "Z" hərfinin asanlıqla tanınan və güclülük imic yaradan bir simvol olduğunu qeyd edir.
 
"Təbliğat maşını sayəsində çox sadə şeylər belə çox sürətlə yayıla bilər" - Ferris belə deyir.

Hərbi əməliyyatların gedişatında bu hərf Putinə dəstək simvoluna çevrilib. Hətta onun yeni rus kimliyinin simvolu olduğunu söyləyənlər də var.

Kazan şəhərindəki xəstəxanalardan birində 60 uşaq və bir işçi bu hərfi qar üzərində yazaraq şəklini paylaşıblar.

"Z"nin nə demək olduğuna dair çoxsaylı nəzəriyyələr yaranıb. Ən populyar olanı Ukrayna prezidenti Zelenskinin hədəfə alınmasıdır.

Bu hərf hücumun ilk günlərində Rusiya qoşunlarına məxsus hərbi maşınların üzərində göründü və sosial medianın diqqətini çəkdi. Əvvəlcə bunun "2" rəqəmi olduğu düşünüldü. Çünki 22.02.2022-ci il tarixində Rusiya Donbasdakı separatçılarla əməkdaşlıq müqaviləsi imzalamışdı. Amma indi daha inandırıcı hesab olunan versiya budur ki, "Z"-ni döyüş vaxtı Rusiyaya məxsus texnikanı fərqləndirmək üçün yazırlar.Amma Kremlin nəzarətində olan "Birinci kanal"da bu hərfin əvvəllər də hərbi texnikanın üstünə yazıldığı bildirilib. Hakimiyyətyönlü "Tsarqrad" saytı isə qeyd edib ki, ordu dost zərbələrinin qarşısını almaq üçün ondan istifadə edir.

"University College London"un əməkdaşı Aglaya Snetkova "Z"-nin simvola çevrilməsində Putinin rejiminin də iştirak etdiyini düşünür. O hesab edir ki, Kreml simvolun yayılmasına bilərəkdən şərait yaradır.

Bu simvol Ukraynadan canlı yayım edən Rusiya jurnalistlərinin yaxasında da müşahidə olunub.

Simvollara əsaslanan bir təbliğat kampaniyası aparılır.

Qələbə simvolu olan "V" hərfi də Kiril əlifbasında yoxdur, amma Rusiyanın rəsmi orqanları paylaşımlarında ondan istifadə ediblər.

Sosial şəbəkələrdə "Z" hərfinin nasizm simvolu olan svastikaya çevrilmiş forması da paylaşılıb.

/BBC Azərbaycan

 

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib.  Tam siyah...

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozso...