Dünyanın ən yaxşı otelləri - SİYAHI

Dünyanın ən yaxşı otelləri - SİYAHI
Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib. 

Tam siyahı TripAdvisor onlayn xidmətinin saytında dərc olunub.

"Tulemar Bungalows & Villas”ın Sakit okeana baxan bir təpənin yamacında cəngəllikdə yerləşdiyi bildirilir. Otelin yerləşdiyi yerdən əlavə, turistləri xidmət səviyyəsi, təmizliyi və təbii mənzərələri cəlb edir.

 

"Tulemar Bungalows & Villas" oteli

 

İkinci yerdə Qramaduda (Braziliya) yerləşən "Colline de France” oteli qərarlaşıb. Otelin qonaqları müəssisənin italyan üslubunu qeyd edərək, onu dünyanın ən romantik otelləri siyahısında birinci yerə qoyublar. Qonaqlar heyətin xidmətini də yüksək qiymətləndiriblər.



"Colline de France” oteli

Üçüncü yeri Yunanıstandak "İkos Aria” tutub - beşulduzlu otel geniş qumlu çimərliyi, təmiz dənizi və "gözəl adaya açılan mənzərələri" ilə turistləri fəth edib. Digər şeylərlə yanaşı, müasir üslub və ənənəvi qonaqpərvərliyin vəhdəti istirahətçiləri cəlb edir.




"İkos Aria” oteli

Ən yaxşı yerləşdirmə yerləri arasında Maldiv adaları, İndoneziya, İsveçrə, Türkiyə, İspaniya və Misirdəki bir neçə otel də var. Siyahıya müxtəlif formatlı otellər daxildir - ailəvi kurortlardan tutmuş dağlardakı tənha dağ evlərinə və su üzərindəki bunqalovlara qədər.
Qeyd olunur ki, reytinq dünyanın müxtəlif ölkələrindən səyahətçilərin "TripAdvisor” saytında il ərzində etdikləri milyonlarla şərh və rəylər əsasında tərtib edilib./Lent.az/


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən yaxşı otelləri - SİYAHI

Kosta Rikada yerləşən "Tulemar Bungalows & Villas” beynəlxalq Travellers' Choice 2022 mükafatına görə dünyanın ən yaxşı oteli seçilib.  Tam siyah...

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb.    Sfera.az bildirir ki, Polşa mərkəzli bir fon...

“Zaman səyyahı”ndan 2022-ci il ilə bağlı qorxunc proqnozlar: Bu tarixdə 2 milyon insan yoxa çıxacaq!

Sosial mediada "thehiddengod1” olaraq tanınan Kavi Leonard özünü "zaman səyahətçisi” elan edən bir şəxslə müsahibəsinin təfərrüatlarını danışıb.   Sfera....

Bu bürclərlə sevgili olmadan öncə iki dəfə düşünün! - Həyatdan bezdirirlər...

Münasibətlərdə həmişə xoşbəxt olmaya bilərsiniz. Nə qədər çalışsanız da, vəziyyət istədiyiniz kimi getməyə bilər. Adətən buna səbəb kimi partnyor olaraq seçdiyi...

Eşqdə mükəmməl harmoniyanı tapan bürclər - Onlar heç vaxt ayrıla bilmirlər

Bəzi insanlar tanış olduqları andan etibarən bir-birlərindən çox yaxşı enerji alırlar. Astrologiya isə ikitərəfli münasibətlərdə sevgi uyğunluğunda çox mühüm ro...

Tozsoran, fen səsi ilə yatan körpələr - Valideynlərin belə seçiminin yaradacağı FƏSADLAR

Hələ 1 yaşı tamam olmayan bəzi uşaqlar tozsoran, fen və digər buna oxşar cihazlarin səsi ilə sakitləşərək yatırlar. Ağlayan, uzun müddət yatmayan körpələr tozso...