Yeni neft sazişini idarə edəcək insanları siz də tanıyın - FOTOLAR

Yeni neft sazişini idarə edəcək insanları siz də tanıyın  - FOTOLAR
"Buzovna-Maştağa”, "Qala” və "Zirə” neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi layihəsi Azərbaycanın gənc neft-qaz şirkətinə həvalə olunacaq. 

Sfera.az xəbər verir ki, Milli Məclis yaxın vaxtlarda adıçəkilən yataqların daxil olduğu blokun işlənməsi ilə əlaqədar SOCAR-la "GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaq.

Yeni neft sazişini idarə edəcək "GL İnternational LTD” MMC (GL) adı çoxlarına tanış gəlmir. Çünki bu şirkət yeni təsis edilib və 2021-ci ilin oktyarın 19-da dövlət qeydiyyatına alınıb. Şirkətin fəaliyyətə başladığı tarix isə 2019-cu ilin aprel ayıdır. 

GL özəl şirkətdir. Onun sahibi Zeynalov Asif İbrahim oğludur. A.Zeynalov həm də şirkətin baş icraçı direktorudur. O, GL şirkətini təsis edən zaman qurum 1000 manat kapitala sahib idi. 
 


Rəsmi məlumatlara görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 37-dir. GL-in baş ofisi paytaxtdakı "Parkview Business Center”də yerləşir. GL yeni şirkət olsa da onu idarə edənlər neft-qaz sahəsi üzrə kifayət qədər təcrübəyə sahib olan şəxslərdir. 

A.Zeynalovun neft-qaz sahəsində 30 ildən çox iş təcrübəsi var: 1984-1995-ci illərdə SOCAR-da, 1995-2019-cu illərdə BP şirkətində çalışıb. 

Şirkətin vitse-prezidenti Mark Soyer adlı əcnəbi şəxsdir.
 
 
O, biznesin inkişafına cavabdehdir. Mark Soyerin energetika sektorunda 36 illik geniş beynəlxalq təcrübəsi var - maliyyə, biznesin inkişafı, danışıqların aparılması, strategiya, birləşmə və satınalmalara və biznes bölmələrinə rəhbərlik edib. Mark Soyer sövdələşmələr üzrə 28 ölkədə geniş təcrübəyə malikdir. 
 

 
GL-in digər vitse-prezidenti Elman Seyidovdur. E.Seyidovun neft-qaz və aviasiya sahəsində 30 ildən çox təcrübəsi var və o, bir sıra rəhbər vəzifələrdə çalışıb. 
 
 

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...