Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ
Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yeməli yağ satışı üçün kvota elan edib. Böyük Britaniya bu məsələdə tək deyil, Türkiyə, İspaniya və İtaliyadakı supermarketlərdə də müştərilərin ala biləcəyi bitki yağı miqdarına bənzər kvotalar tətbiq edilib.

 

 

Sfera.az bildirir ki, bütün bunlar dünyaya yayılan və mümkün fəsadları ilə bağlı narahatlıq doğuran daha böyük və dərin böhranın təzahürləridir. Dünya ərzaq sahəsində fövqəladə vəziyyətdən keçir və bu, qarşıda böyük problemlərdən xəbər verir.

 

Son aylar yanacağın və ərzaq məhsullarının qiymətlərinin davamlı olaraq artması dünyanın bir çox ölkələrində, xüsusən də, yoxsul ölkələrdə iqtisadi çətinliklərə səbəb olub. Bu kontekstdə ABŞ-ın Maliyyə Naziri Canet Yellen keçən həftə dünyanın ərzaq təchizatında daha çox qeyri-sabitliyə doğru getdiyi və bunun bütün dünyada yoxsullara daha çox təsir edəcəyi barədə xəbərdarlıq edib. O qeyd edib ki, Ukrayna müharibəsi ərzaq təminatında ağır olan vəziyyəti daha da gərginləşdirib.


Müharibə dünyanın onsuz da həssas olan ərzaq sistemlərini sarsıtdı və qiymətlərin kütləvi artımına səbəb oldu ki, bu da dünyada milyonlarla insanı yoxsulluğa sürüklədi. Bir çox beynəlxalq təşkilatlar buna görə Asiyadan Afrikaya, Cənubi Amerikadan Yaxın Şərqə kimi bəzi ölkələrdə siyasi qeyri-sabitliyə səbəb olacaq aclıq böhranı barədə xəbərdarlıq edib. Şri-Lanka və Peru kimi ölkələr yüksək qiymətlər və ərzaq böhranı səbəbindən iğtişaşların və geniş etirazların şahidi olublar.


On bir beynəlxalq yardım agentliyi xəbərdarlıq edib ki, Qərbi Afrika ölkələri indiyə qədər ən pis ərzaq böhranı ilə üzləşib, regionda 27 milyona yaxın insan aclıqdan ölür və gələn ilin iyununda bu rəqəmin38 milyona çatacağı gözlənilir.


 

Rusiya və Ukrayna arasındakı müharibə böhranın yeganə səbəbi deyil, bəzi bölgələrdə quraqlıq və meşə yanğınlarından tutmuş digər bölgələrdə daşqınlara və leysan yağışlarına qədər son illərdə ərzaq istehsalına zərbə vuran hər cür kumulyativ səbəblər var. Qlobal ərzaq sistemi iqlim böhranının təsirləri və onların yaratdığı dalğalanmalar səbəbindən illərdir sarsıntılar yaşayır. Daha sonra koronavirus epidemiyası istehsal və məhsul yığımını dayandırdı, tədarük zəncirlərini görünməmiş bir şəkildə vurdu.


Rusiya-Ukrayna müharibəsi isə qlobal iqtisadiyyatın hələ də pandemiyanın təsirindən sarsıldığı və ərzaq qiymətlərinin yüksəldiyi bir vaxtda alovlandığı üçün vəziyyət kəskinləşdi. Onun təsiri bilavasitə enerji və ərzaq qiymətlərində hiss olunub ki, bu da hər yerdə insanların, xüsusən də yoxsulların güzəranına birbaşa təsir edib. Çünki Rusiya və Ukrayna əsas buğda ixracatçılarıdır, dünya buğdasının təxminən 14 faizini istehsal edirlər və bu, dünya ixracının təxminən üçdə birini təşkil edir. Ukrayna həm də dünya ixracının 14 faizini təşkil edən mühüm qarğıdalı ixracatçısıdır.


Buğda tədarükünün qıtlığının və qiymət artımının təsiri bütün dünyada, xüsusən də milyonlarla insanın subsidiyalaşdırılmış çörəkdən asılı olduğu ölkələrdə özünü büruzə versə də, onun digər ərzaq məhsullarına, o cümlədən yağlara təsiri tezliklə özünü biruzə verdi. Rusiya və Ukrayna dünyanın günəbaxan yağı ehtiyacının 60 faizdən çoxunu təmin etdiyi üçün bu vəziyyət günəbaxan yağının qiymətində ciddi artıma səbəb olmaqla yanaşı, digər yemək yağlarının qiymətlərinə də öz əksini tapıb.


Bu il yeyinti yağının qiyməti 2019-cu illə müqayisədə 4 dəfə artıb. Bunun səbəbi müxtəlif amillər nəticəsində təchizatda yaşanan problemlərdir. Bu amillərə dünyanın bəzi istehsal sahələrində (məsələn, Cənubi Amerika) zəif məhsul istehsalı və pandemiya məhdudiyyətləri nəticəsində işçi qüvvəsi çatışmazlığı səbəbindən aşağı məhsul daxildir.


Başqa bir problem də artan miqdarda kənd təsərrüfatı məhsulunun bioyanacaq sənayesinə yönəldilməsidir ki, bu da hazırda dünyanın bitki yağı tələbatının təxminən 15 faizini təşkil edir. Qərbdə qalıq yanacaqların istifadəsini azaltmaq və alternativ enerji mənbələrinə müraciət etmək üçün artan təzyiq və səylərlə bioyanacaq sənayesində istifadə olunan taxıllara tələbat artıb. Bu da bahalaşmaya səbəb olub və ərzaq problemini daha da kəskinləşdirib.

 

Etanol və biodizel istehsalı üçün buğda, arpa, şəkər qamışı, qarğıdalı, soya və palma yağı istifadə olunur. Braziliya şəkər qamışından istehsal olunan etanolun əsas ixracatçısı idi, lakin şəkərin qiyməti 30 ilin ən yüksək səviyyəsinə qalxdığı üçün etanol istehsalını azaldarkən şəkər istehsalını artırdı. Nəticədə, etanol sənayesi buğda kimi digər taxıl alternativlərinə çevrildi.


Əzizə Zeynal

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...