Uşaqlar arasında yayılmış koronaya bənzər xəstəlik nədir?

Uşaqlar arasında yayılmış koronaya bənzər xəstəlik nədir?
Son vaxtlar Azərbaycanda uşaqlar arasında xəstəlik halları artıb.

Sfera.az xəbər verir ki, məktəb və bağçalarda əsasən azyaşlı uşaqlar arasında qrip, buna bənzər xəstəliklərlə bağlı çoxsaylı şikayətlər var. Xəstəlik ən çox da 5-10 yaşlı uşaqlar arasında yayılıb.

Bir çoxu da bu xəstəliklərin koronavirus olduğunu düşünür. Əslində nə baş verir?

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədov açıqlamasında bildirdi ki, əslində müraciət edənlərin çox az qismində koronavirus aşkarlanır.

"Bütün illərdə mövsümü xəstəliklər olur. Hər il bu mövsümdə xəstəliklər artır. Bu il də mövsümü xəstəliklər artıb. Bu xəstəliklər arasında COVID-19 virusuna da rast gəlirik. Bu zaman həmin xəstələri koronavirusun müalicəsilə məşğul olan mərkəzlərə yönəldirik.

Lakin bu il ən çox rastlaşdığımız influenzadır. Bundan başqa adanaviruslar, rotaviruslara da rast gəlinir. Bu mövsümü xatarketli xəstəliklərdir.

Bunların arasında tənəffüz yolları infeksiyaları, bağırsaq infeksiyaları da olur. Sadəcə koronavirus infeksiyası hər şəkildə özünü göstərdiyi üçün şikayəti olan hər kəs COVID-19 olduğunu zənn edir. Lakin ayrıntılı müayinə etdikdə görürük ki, az qismi koronavirus çıxır. Zamanında "quş qripi”, "donuz qripi” kimi adlanan viruslara daha çox rast gəlinir”, - deyə pediatr bildirib.

Azər Əhmədov deyir ki, uşaqları xəstələrlə təmasdan qorumaq mütləqdir:

"Birinci növbədə burada təmas önəmlidir. Qrip olan uşağı məktəbə göndərmək olmaz. Əgər ailə üzvlərindən biri xəstədirsə, uşağı həmin şəxsdən uzaq tutmaq lazımdır.

Qoruyucu vasitələrdən, maskalardan istifadə etmək mütləqdir. Əllər tez-tez yuyulmalı, dezinfeksiya vasitələrindən istifadə olunmalıdır. Virus infeksiyalarında antibiotiklərdən çox istifadə etmək məsləhət deyil.

Qidalanmaq çox önəmlidir. Orqanizmin müqavimətini artırmaq üçün düzgün qidalanmaq lazımdır. Daha vacibi isə çoxlu maye qəbul etməkdir”.

(Baku.vs)

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...