Ukraynaya yeni hərbi yardım gəlir - "Artıq sülh olsa belə, Rusiya əvvəlki halına qayıda bilməyəcək"

Ukraynaya yeni hərbi yardım gəlir -
Amerika administrasiyası Ukraynaya 750 milyon dollar dəyərində yeni silah yardımı etməyə hazırlaşır. NBC televiziyası silahların göndərilməsinə bu həftə icazə veriləcəyini açıqlayıb. Kanala danışan səlahiyyətlilər, göndəriləcək silahlar arasında pilotsuz suüstü vasitələri və Mi-17 helikopterlərinin olacağını bildirib. Məlumata görə, bu silahların Ukraynaya göndərilməsi Konqresin təsdiqini tələb etmir.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Şahin Cəfərli deyib ki, nəhəng silah istehsalçıları - "Lockheed Martin", "Raytheon", "Northrop Grumman", "General Dynamics", "L3 Harris" və digər şirkətlərin təmsilçiləri də Pentaqona dəvət olunub. Onun sözlərinə görə, görüşdə Ukraynanın modern silah sistemləri ilə təchizatı müzakirə ediləcək:

"Ukraynaya uzaq məsafədəki hədəflərə zərbə endirəcək raketlərin veriləcəyi gözlənilir. Bir tərəfdə ağır sanksiyalar nəticəsində getdikcə resursları azalan Rusiya, o biri tərəfdə isə nə qədər itkilərə, dağıntılara məruz qalsa da, öz mövcudluğunu qorumaq üçün sona qədər döyüşməkdən başqa yolu olmayan, bunun üçün kifayət qədər insan ehtiyatına sahib və Qərbdən fasiləsiz rejimdə maddi, hərbi yardımlar alan Ukrayna var. Ukrayna bu yardımlar nəticəsində uzun müddət döyüşməyə qadirdir, savaşın uzanması isə Rusiyaya sərf eləmir. Çünki bu cür gedişat sanksiyaların daha da ağırlaşması, beynəlxalq siyasi və iqtisadi təcridin daha da güclənməsi deməkdir”.

Ş.Cəfərli qeyd edib ki, müasir texnologiyalardan məhrum olan Rusiya sənayesinin, o cümlədən neft-qaz və hərbi sənaye kimi strateji sahələrin tədrici deqradasiyası qaçılmazdır:

"Rusiya savaşı tezliklə dayandırıb Ukrayna ilə sülhə getməsə, elə bir vəziyyətə düşəcək ki, nəinki, inkişaf yoluna çıxmaq, hətta 24 fevral 2022-ci il səviyyəsinə qayıtmaq üçün ona uzun illər lazım olacaq. Lakin görünən odur ki, müharibənin dayanması da Rusiyaya kömək etməyəcək. Cəmi ay yarım əvvələ qədər Moskvanın Qərbdəki 1 saylı strateji tərəfdaşı, hətta Merkel dövründə qeyri-rəsmi müttəfiqi olan Almaniyanın bugünkü mövqeyi geosiyasi vəziyyətin nə qədər kardinal dəyişikliyə məruz qaldığını göstərir. Prezident Ştaynmayer açıq şəkildə bildirdi ki, Putin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə əlaqələr heç vaxt əvvəlki kimi olmayacaq. Bu, o deməkdir ki, Rusiya-Ukrayna sülhü olsa belə, sanksiyaların tez müddətdə ləğvini və Moskva ilə istiləşməni gözləməyə dəyməz”.

Ekspertin fikrincə, Putin artıq Qərb üçün arzuolunmaz şəxs, toksik fiqurdur: "Putin Qərb ictimai rəyində yeni Qəddafi, yeni Səddamdır. Qısa vədədə Rusiya üçün ən optimal yol bu ola bilər ki, elitalar yığışıb, bu qoca avantüristi hansısa şəkildə dövlətin başından kənarlaşdırsınlar”.

Qeyd edək ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kiyev administrasiyasına 1,7 milyard dollar silah yardımı göstərib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

Kulebanın son açıqlamaları nəyə hesablanıb? – “İndi həm Rusiyanın, həm də Ukraynanın prioriteti…”

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Rusiya üzərində qalib gəlmək üçün qarşıda duran məqsədlər haqqında danışıb. Niderlandın "NRC” saytına müsahib...

Rusiya bütün rusdilliləri həmvətənli elan edəcək? – "Onda belə çıxır ki..."

Dünyadakı rusdillilərin hamısının həmvətənli kimi tanınması haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.    Qanun layihəsində tarix...

Deputatdan ermənilərə XƏBƏRDARLIQ: “Azərbaycan ordusuna əmr verilsə, 5 dəqiqəyə...”

Serj Sarkisyan fransalı jurnalistlərə verdiyi müsahibə zamanı 30 ildir eyni fikirdə qaldığını, Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib....

NATO-nun “BÖYÜK OYUNU”: Ukraynanı Alyansa üzv edərək...

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın NATO-ya mümkün üzvlüyünün yaradacağı fəsadlarla bağlı xəbərdarlıq edib.    "Ukraynanın NATO-ya...

“Ermənistanla bu səbəblə sülh imzalanmayacaq” – Politoloqdan AÇIQLAMA

"Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsini bağlaması real görünmür. Erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbay...