Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR
Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir qrup soydaşımız Azərbaycanın bu ölkədəki səfirliyinin biabırçı hərəkəti ilə qarşılaşıblar. 

Orada üzləşdikləri vəziyyətdən narazı qalan soydaşlarımız Demokrat.az vasitəsilə bildiriblər ki, ulu öndər Heydər Əliyevin Kiyevdə adını daşıyan park mayın 10-da yüzlərlə ziyarətçinin üzünə qapadılıb. 

Soydaşlarımız sözügedən parkın qapısına qıfıl vurulduğunu bildiriblər.

"Hər il olduğu kimi, bu ildə mayın 10-da Kiyevdəki Azərbaycan səfirliyinin yanında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmək istəyirdik, ancaq qarşılaşdığımız mənzərə bizi məyus etdi. Parkın qapısına qıfıl vurublar, heç kəsi ziyarət etməyə içəri buraxmırlar. Azərbaycan səfirliyi də bu parkın qonşuluğunda yerləşir. Biz səfirlik əməkdaşlarından xahiş etsək də, qapını açan olmadı. Orada bizə dedilər ki, səfir Elmira Axundova Ukraynada olmadığı üçün biz parkın qapısını aça bilmərik", - deyə soydaşlarımız şikayət edib. 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən telefon zənglərimizə cavab verilməyib. 

Sfera.az Ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsinin hələ də bağlı olduğunu əks etdirən fotoları təqdim edir...
 


OXŞAR XƏBƏRLƏR

Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Litva ...

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR

Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir q...

Prezident Həzi Aslanovun məzarını ziyarət etdi - FOTOLAR

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür. Sfera.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliye...

Prezidentlə xanımı şəhid ailəsinin qonağı oldu - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərd...

“Zərifə Əliyeva” gəmisi istismara verildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma z...

Prezidentin təltif etdiyi Ramazan Karaşahin KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 25-də "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haq...