Prezidentin təltif etdiyi Ramazan Karaşahin KİMDİR? - DOSYE

Prezidentin təltif etdiyi Ramazan Karaşahin KİMDİR? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 25-də "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Təltif edilənlər sırasında Ramazan Karaşahin Əbubəkir oğlu da var.

Ramazan Karaşahin Əbubəkir oğlu kimdir?

Ramazan Karaşahin Ebubekir oğlu Türkiyənin Adana şəhərində anadan olub. O, 2008-ci ildən Azərbaycanda 24-dən çox Aqroparkın və 20-dən çox müasir Pivot suvarma sistemlərinin qurulmasında birbaşa iştirak edib.

Ramazan Karaşahin, həmçinin Azərbaycanda Qafqazın ən böyük toxum zavoduna da rəhbərlik edib. Ölkəmizdə ilk Pivot və damlama suvarma layihələrinin icra olunmasında, ilk hibrid toxumun gətirilməsi və istehsalının həyata keçirilməsində, ölkəmizin ilk yerli Orqanomineral və Biopestisid istehsalını həyata keçirən müəssisənin qurulmasında aktiv iştirak edib, kənd təsərrüfatında yeni texnologiya və müasir innovasiyaların ölkəmizə gətirilməsində önəmli rol alıb.

Ölkəmizdə gübrə, dərman, toxum, texnika və suvarma sistemlərinin layihələndirilməsi, satışı, quraşdırılması və servisini həyata keçirən "Aqromarket Servis” MMC-yə rəhbərlik edən Ramazan Karaşahin 1999-2000-ci illərdə Səlcuq Universitetinin Ziraat Fakültəsində təhsil alıb.
 

OXŞAR XƏBƏRLƏR

Prezidentlər klassik avtomobillərə baxdılar - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.   Azərbaycan Prezidenti İlham Əliyev və Litva ...

Ukraynadakı səfirliyimizdən biabırçılıq: Heydər Əliyevin abidəsini ziyarət etmək istəyənləri geri qaytardılar — FOTOLAR

Ukraynada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ulu öndərin Kiyevdə adını daşıyan parkdakı abidəsini ötən gün ziyarət etmək istəyən bir q...

Prezident Həzi Aslanovun məzarını ziyarət etdi - FOTOLAR

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür. Sfera.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliye...

Prezidentlə xanımı şəhid ailəsinin qonağı oldu - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərd...

“Zərifə Əliyeva” gəmisi istismara verildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma z...

Prezidentin təltif etdiyi Ramazan Karaşahin KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev aprelin 25-də "Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin təltif edilməsi haq...