UEFA "Qarabağ"a növbəti dəfə ödəniş etdi
13:40 / 01.04.2022
1014
UEFA Konfrans Liqasındakı iştirakla bağlı "Qarabağ" klubuna növbəti dəfə maliyyə vəsaiti ayrıb.
Sfera.az xəbər verir ki, "köhlən atlar" turnirin play-off mərhələsində çıxış etdiyi üçün qitə futbol qurumundan 300 000 avro (əlavə bonus) alıb.
Vəsait AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində Fransa "Marsel"inə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırıb.
(report)