Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu
İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.
 
Bu barədə jurnalist, təşkilatçı Ağa Dadaşzadə şəxsi feysbuk hesabında paylaşım edib. 
 
Səfərin səbəbi barədə Offsideplus.az-a açıqlama verən Dadaşzadə ispanların ölkəmizə istirahət məqsədi ilə gələcəyini bildirib:
 
"İker Kasilyasla Raul Qonsales azərbaycanlı iş adamı tərəfindən ölkəmizə dəvət olunub. Həmin iş adamı hazırda İspaniyada şəxsi bizneslə məşğuldur. Elə adıçəkilən futbolçularla dostluq əlaqələri olan soydaşımız onları Azərbaycana dəvət edib. Sabiq oyunçuların iyun ayının ortalarında Bakıya səfəri gözlənilir. Gəlişin məqsədi isə Azərbaycanda dincəlməkdir. İlk olaraq paytaxta qədəm qoyacaq futbolçular Bakıdakı məşhur otellərdən birində qalacaqlar. Onların bir neçə bölgəyə də səfəri planlaşdırılıb. Bu rayonlardan biri Qubadır”.

Həmsöhbətimiz ispaniyalı futbolçuların yerli mətbuatla görüşünü də təşkil etmək istədiklərini söylədi:

"İndiyədək Azərbaycana bir sıra məşhur futbolçular gəlib. Lakin onların mətbuatla görüşü təşkil olunmayıb. Çalışırıq ki, bu dəfə Kasilyasla Qonsalesi azərbaycanlı media nümayəndələri ilə görüşdürək. Onu da qeyd edim ki, bu səfərin nə Gənclər və İdman Nazirliyi, nə də AFFA ilə əlaqəsi var. Bu, bir az əvvəl qeyd etdiyim kimi, azərbaycanlı iş adamının bilavasitə təşəbbüsü ilə həyata keçiriləcək”.

Maraq üçün qeyd edək ki, bir neçə il əvvəl "Milan” klubunun isveçli ulduzu Zlatan İbrahimoviç də ölkəmizə səfərə gəlmişdi. Azərbaycan təbiətinin seyrinə çıxan 40 yaşlı hücumçu İsmayıllıda ova da getmişdi.

OXŞAR XƏBƏRLƏR

Müsəlman futbolçu LGBT dizaynlı forma ilə meydana çıxmaqdan imtina etdi - FOTO

Fransanın məşhur "PSG” (Paris Saint-Germain) futbol klubunun LGBT dizaynlı forması qalmaqala səbəb olub.     Sfera.az xəbər verir ki, klubun müsəl...

75 peşəkar görüşdə məğlub olmayan boksçu rinqdə ürəyinə uduzdu

Peşəkar döyüşlərdə 75 görüşdə məğlub olmayan, əslən Türkiyədən olan boksçu Musa Askan Yamak infarkt keçirib. Giresunun Alukra rayonundan doğulan və Almaniyada...

Əfsanəvi futbolçuların Azərbaycana gəliş SƏBƏBLƏRİ məlum oldu

İspaniya yığmasının və Madrid "Real”ının əfsanəvi futbolçuları - Raul Qonsaleslə İker Kasilyas gələn ay Azərbaycana səfər edəcək.   Bu barədə jurnalis...

“Neftçi”nin kapitanı “Qarabağ”la matçda oynamayacaq

"Neftçi"nin kapitanı Emin Mahmudov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununu buraxacaq. Sfera.az xəbər verir ki, buna 30 yaşlı yarı...

“Zirə” - “Neftçi” oyununda İNSİDENT

"Zirə” və "Neftçi” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.  Sfera.az xəbər verir ki, görüşün...

"Barselona"nın sabiq futbolçusu avtomobil qəzasında ÖLDÜ

"Barselona"nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında vəfat edib. Sfera.az "Goal"a istinadən xəbər verir ki, 27 yaşlı forvardın idarə etdiy...