Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?

Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?
Lap uşaqlıqdan eşidirik ki, termometrin içindəki civə tökülərsə, insanı öldürə bilər. Bəs civə həqiqətən bu qədər təhlükəlidirmi? Onu təhlükəli edən nədir? Evə dağılarsa, necə təmizləməliyik?
Sfera.az xəbər verir ki, həkim pediatr Günay Rəsulova apa.tv-ə bildirib ki, termometr sındıqda mütləq otağın pəncərəsi açılmalı və otağın temperaturu aşağı salınmalıdır: "Çünki isti otaq temperaturunda otaq civə tez buxarlanacaq və bu da bizim zaman itkimizə səbəb olacaq. Xırda hissəciklərə ayrılmasın deyə onu toplamaq üçün əlcək geyinərək ehmalca onu kağızla götürmək lazımdır. Qalan xırda hissəcikləri isə yapışdırıcı ilə təmizləmək lazımdır".

Bəs termometr uşağın qolunda sınarsa, nə etmək lazımdır? Günay Rəsulovanın sözlərinə görə, mütləq uşağın paltarını dəyişmək və uşağı həmin otaqdan çıxartmaq lazımdır: "Bəzən bizə zənglər olur civəli termometr uşağın əlində idi qırılıb bəs uşaq onu udubsa nə olacaq? Belə olan hallarda uşaq həkim nəzarətində olmalıdır. Çünki civə ağır metal olduğu üçün zəhərlənmə verəcəyi üçün belə uşaq müşahidə də olmalıdır".

Bioloji elmlər üzrə fəlsəfə doktoru Eldar Əliyevin sözlərinə görə, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Həmçinin böyrəkləri də ciddi zədələyə bilir: "İlk baxışda metal dəmir kimi görünür, maye şəklində olmaz, buxarlanmaz və s. Ancaq bu belə deyil. Civə metal da olsa, maye kimi axışqandır və üstəlik də buxar meydana gətirə bilir. Bu buxarlar da insan orqanizmi üçün çox dioksiddir. Sinir sisteminə zərər verə bilir. Ağır bir metal olmasına baxmayaraq, istiyə bağlı olaraq sürətlə genişlənə bilir. Həmçinin soyuğada bağlı olaraq genişlənmə qabiliyyətini itirə bilir".

Pediatr Günay Rəsulova bildirir ki, civə hissəciklərini yığan zaman tozsorandan istifadə etmək olmaz. Belə ki, tozsoran işləyən zaman civənin başqa otaqlara yayılmasına səbəb ola bilər. Həmçinin həkim tövsiyə edir ki, uşaqlar üçün elektron termometrlərdən istifadə olunması məsləhətdir.

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...