Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər
"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var. Şorgözlük kimi də adlandıra biləcəyimiz bu xüsusiyyətə təsir edən əsas faktorlardan biri də bürclərdir.

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, araşdırmaların kişilərin şorgözlüyünün onların bürclərinə görə fərqlilik nümayiş etdirdiyini ortaya çıxarıb.

"Hansı bürcün nümayəndələri daha çox xəyanət edir?" sualına isə aşağıdakı siyahıda cavab tapa bilərsiniz:

1. Şir

Şirlər həyatlarında dram və həyəcanı sevirlər. Eyni zamanda şir kişiləri ehtiraslarını nümayiş etdirməyə də xüsusi diqqət ayırırlar. Aparılan sorğulara görə, bu bürcün kişilərinin 36%-i partnyorlarına xəyanət etdiklərini, yaxud buna cəhd etdiklərini etiraf edib.

2. Qoç

Qoçların da ehtiraslarının sərhəd tanımadığı bəllidir. Hətta qoç kişiləri çoxsaylı münasibətlərinin olması ilə də qürur duyurlar. Qoçlar arasında xəyanət edənlərin faizi isə 34-ə bərabərdir.

3. Əkizlər

Qərarsızlıq əkizlərin şorgözlük xüsusiyyətlərinin önə çıxmasına səbəb olur. Bu bürcün kişiləri daha çox tək gecəlik münasibətlərə üstünlük verirlər. Onların içərisində xəyanətlərini etiraf edənlərin nisbti 31%-ə bərabər olub.

4. Oxatan

Təbiətlərindən irəli gələrək, oxatanların ekstravert olduqlarını söyləyə bilərik. Onlar hər zaman yeni macəra axtarışında olduqları üçün, qonşunun çəmənliyi bu bürcün kişilərinə hər zaman daha yaşıl görünür.

5. Buğa

Hər nə qədər seksə düşkün olsalar da, buğalar tez-tez partnyor dəyişdirməyi sevmirlər. Onların xəyanətləri də uzunmüddətli olur. Buğa bürcü kişilərinin eyni vaxtda 2 və daha artıq uzunmüddətli münasibətinin olduğunu eşitsəniz, təəccüblənməyin.

6. Xərçəng

Hissləri ilə hərəkət edən xərçənglərin cəmi 13%-i xəyanət etdiklərini, yaxud xəyanət etməyi düşündüklərini etiraf edib. Onların xəyanətləri adətən düşünülmüş deyil, hisslərindən doğan, ani verilən qərar nəticəsində baş verir. 

7. Balıqlar

Balıq kişilərindən xəyanətini etiraf edənlərin nisbəti 12%-ə bərabər olub. Bu bürcün kişiləri adətən partnyorları ilə münasibətlərində problemlər yarandığı vaxtlarda xəyanət etməyə potensial namizədə çevrilirlər.

8. Oğlaq

Bu bürcün nümayəndələrindən 11%-i xəyanət etdiyini etiraf edib. Lakin oğlaqlar digər bürclərdən fərqli olaraq, xəyanət etməyi düşünürlərsə, bunu mütləq həyata keçirəcəklər.

9. Dolça

Hər nə qədər dərindən bağlanmağı bacarmasalar da, dolçalar münasibətlərini möhkəm tellərlə bağlayırlar. Ona görə də münasibətləri davam edirsə, onların tək gecəlik xəyanət etmək ehtimalları aşağıdır. Dolça kişilərinin yalnız 10%-i xəyanət etdiklərini ya da xəyanəti düşündüklərini açıqlayıb.

10. Əqrəb

Ən ehtiraslı bürclər siyahısında ön pillələrdən qərarlaşsalar da, əqrəblər xəyanətə o qədər də meyil göstərmirlər. Bu bürcün kişilərindən xəyanəti etiraf edənlərin faiz nisbəti 9- abərabərdir. Lakin unutmaq olmaz ki, əqrəblər ən yalançı bürclər içərisində də ilk sıradadırlar.

11. Tərəzi

Zəriflikləri və dəqiqlikləri ilə seçilən tərəzilər münasibətlərində də romantika axtarışındadırlar. Tərəzi kişilərinin 7%-i partnoylarından başqa biri ilə görüşməyi düşündüklərini açıqlayıblar.

12. Qız

Bu bürcün kişiləri həmcinsləri arasında ən sadiqi hesab edilə bilər. Cəmi 6%-i xəyanət etməyə meyilli olduqlarını bildirib. Onlar xəyanətdən uzaq olmalarını mükəmməlik axtarışında olmaları və öz standartlarına uyğun partnyor tapmaqda çətinlik çəkmələri ilə əlaqələndiriblər. 

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...