Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı
2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahalaşma martda 58 faiz, fevralda 54 faiz idi.

Sfera.az bildirir ki, tərəvəzlərin qiymətində illik müqayisədə belə böyük artımın baş verməsi apreldə qiymət sıçrayışının qeydə alınması ilə bağlıdır. Aprel ayı ərzində tərəvəzlərin dəyəri 7 faiz artıb ki, bu da nadir görünən qiymət dəyişikliyidir.

Tərəvəzlərin sürətlə bahalaşması ümumən qida mallarının dəyərinin daha çox artmasına səbəb olur. Apreldə qida məhsullarının 19,1 faiz artması da daha çox tərəvəzlərin 71,5 faiz bahalaşması ilə bağlıdır.

Tərəvəzlərdən ən çox bahalaşma ağ kələmdə 1,8 dəfə, göy lobyada 1,64 dəfə, kartofda 1,56 dəfə, baş soğanda 1,39 dəfə, badımcanda 1,37 dəfə, istixanalarda yetişdirilən pomidorda 1,34 dəfə, quru noxudda 1,36 dəfə, mərcidə 1,31 dəfə qeydə alınıb.


Vasif
 

OXŞAR XƏBƏRLƏR

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

8 il öncəki ssenari niyə təkrarlanmır? - Müharibəyə rəğmən neftin bahalaşmasının əsas səbəbləri

2014-cü ildən fərqli olaraq 2022-ci ildə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda neftin ucuzlaşmasını müşahidə etmədik, əksinə "qara qızıl”ın bir qədər ...

Əcnəbilər Azərbaycan banklarında pullarını niyə artırırlar? - SƏBƏB MƏLUM OLDU

Azərbaycan banklarında yerləşdirilən əmanətlərin təxminən 7 faizi əcnəbilərə məxsusdur. Ötən ilin sonunda bu göstərici 3,2 faiz idi. Sfera.az bildirir ki,...

Dollar bir qədər də bahalaşdı - Manatın məzənnəsinə təsir edəcək?

Bu gün beynəlxalq birjalarda ABŞ dollarının bir qədər də bahalaşması qeydə alınıb. Sfera.az xəbər verir ki, Dollar İndeksi son 5 ildə ilk dəfə olaraq 101 ...

Rusiyalı varlılar çoxlu ev almağa çalışırlar - Azərbaycanın əmlak bazarına necə təsir edəcək?

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar yeni əmlak bazarları axtarışlarına çıxıblar. Əsas diqqət isə Dubay və İstanbul istiqamətindədir – bur...