“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ
"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.
 
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Politoloq Moskvanın dünyanın taxıl imtahanı ilə üz-üzə qalması məsələsində maraqsız olduğunu deyib:

"Dünyanın əsas taxıl ixraçatçılarından olan Rusiya və Ukrayna müharibə apardıqlarından dünyada taxıla ehtiyac artıb. Rusiya taxıl ixracatına nəzarəti və qiyməti artırıb. Ukrayna isə ümumiyyətlə, taxılını dünya bazarlarına çıxara bilmir. 

"Böyük yeddilərin” toplantısında çıxış edən Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq. "Rusiyanın əməlləri sayəsində taxıl qıtlığı yaranıb, dünyanın bütün ölkələrində qiymətlər artıb” deyən almniyalı nazir sərt aclıq təhlükəsi yaranacağı barədə həmkarlarını xəbərdar edib. Böyük dövlətlərin digər nazirləri də Rusiyanı süni sürətdə qıtlıq yaratmaqda ittiham ediblər. Onların sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq.  

Moskva bu ittihamları qəbul etmir. Rusiyalı rəsmilər və diplomatlar əksinə ərzaq qıtlığına və böhrana görə Qərb ölkələrini ittiham edirlər. Onların məntiqinə görə, böhranın səbəbi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyalardır. Halbuki, əsl səbəb Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Rusiya Ukraynaya hücum etməsəydi, "böyük yeddilər” Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər”. 

Politoloq taxıl istehsalı ilə bağlı Azərbaycanın da diqqətli olmasının zərurliyini bildirib. Ekspert ən böyük taxıl istehsaçılarından sayılan Hindistanın da taxıl qiymətlərində artım etməsinin səbəbini açıqlayıb:

"Dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistanın taxıl ixracını qadağan etməsi dünyada taxıla olan tələbatı daha da artırıb. Dehli bu qərarı daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri ilə əlaqələndirib. Əsl səbəb isə Hindistanda havaların isti keçməsidir. Hindistanda taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı ciddi narahatlıq yaradıb. Halbuki, Hindistanda bu il ötən illə müqayisədə 2,5% çox - 111,3 milyon ton taxıl yığılıb. Hazırda Hindistanın anbarlarında nəzərdə tutulandan, təxminən, 2 dəfə çox - 28,3 milyon ton taxıl ehtiyatı var. Buna baxmayaraq, rəsmi Dehli taxılı ixracatını artırmağı düşünmür.

Hindistanın bu addımı bir çox ölkə tərəfindən tənqid olunub. Hindistan "böyük iyirmilərdən” biridir. "Böyük yeddilərin” toplantısında Hindistana müraciət  edilərək məsuliyyətli olması gərəkdiyi bildirilib. Əslində Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda Dehli müxtəlif ölkələrə taxıl ixracatını artıra biləcəyini elan etmişdi. Ancaq havaların isti keçməsi Dehlinin qərarını dəyişməsinə səbəb oldu. 

Azərbaycan bu vəziyyətdə həm taxıl istehsalını artırmaq, həm də anbarlarda un ehtiyatını artırmaq barədə düşünməlidir”.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tərəvəzlərin qiymətində ŞOK DƏYİŞİKLİK – Bahalaşma 72 faizə çatdı

2022-ci ilin aprelin sonuna olan məlumata əsasən Azərbaycanda tərəvəzlərin qiyməti ötən ilin aprel ayı ilə müqayisədə 71,5 faiz artıb. Tərəvəzlərdə illik bahala...

“Azərbaycan da hazırlığa başlamalıdır, yoxsa…” – XƏBƏRDARLIQ

"Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə, dünyada aclıq ehtimalı artacaq”.   Sfera.az xəbər ver...

8 il öncəki ssenari niyə təkrarlanmır? - Müharibəyə rəğmən neftin bahalaşmasının əsas səbəbləri

2014-cü ildən fərqli olaraq 2022-ci ildə Rusiya Ukraynada hərbi əməliyyatlara başlayanda neftin ucuzlaşmasını müşahidə etmədik, əksinə "qara qızıl”ın bir qədər ...

Əcnəbilər Azərbaycan banklarında pullarını niyə artırırlar? - SƏBƏB MƏLUM OLDU

Azərbaycan banklarında yerləşdirilən əmanətlərin təxminən 7 faizi əcnəbilərə məxsusdur. Ötən ilin sonunda bu göstərici 3,2 faiz idi. Sfera.az bildirir ki,...

Dollar bir qədər də bahalaşdı - Manatın məzənnəsinə təsir edəcək?

Bu gün beynəlxalq birjalarda ABŞ dollarının bir qədər də bahalaşması qeydə alınıb. Sfera.az xəbər verir ki, Dollar İndeksi son 5 ildə ilk dəfə olaraq 101 ...

Rusiyalı varlılar çoxlu ev almağa çalışırlar - Azərbaycanın əmlak bazarına necə təsir edəcək?

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra zəngin ruslar yeni əmlak bazarları axtarışlarına çıxıblar. Əsas diqqət isə Dubay və İstanbul istiqamətindədir – bur...