Swarovski-nin sahibi qızına toy etdi - Milyardlıq toydan FOTOLAR

Swarovski-nin sahibi qızına toy etdi - Milyardlıq toydan FOTOLAR
Düynanın ən zəngin gəlinlərindən biri, Avstriyanın Swarovski şirkətinin sahibi Paul Swarovskinin qızı, 23 yaşlı Viktoriya Swarovskinin toyu olub.

Sfera.az bildirir ki, Avstriyanın populyar müğənnilərindən olan Viktoriya Swarovskinin nikah və toy mərasimləri İtaliyanın Triest şəhərində olub.

V.Swarovski Almaniyanın Münhen şəhərində yaşayan investor, 40 yaşlı Verner Murza ərə gedib.

San-Custo kilsəsindəki nikah mərasiminə 250 qonaq qatılmışdı.

Gəlinin əynindəki 8 metr uzunluğunda ətəyi olan paltar 500 min Swarovski qaşı ilə bəzədilmişdi. 46 kq ağırlığı olan bu geyimin dəyəri 1 milyon dollardır.

Gəlinin geyimi dizayner Maykl Çinçonun, ayaqqabıları Birləşmiş Ərəb Əmirliklərində çalışan dünyaca məşhur dizayner Cimmi Çusun əsərləri idi.

Gəlin toyda bir neçə mahnı da ifa edib.

Daha sonra qonaqlar "Falisia Resort and Spa" restoranındakı "The Piazetta" restoranına yollanıblar.

3 gün davam edən toya on milyonlarla avro pul xərclənib.

mənbə: milli.az
 




















OXŞAR XƏBƏRLƏR

Amerikalı aktyor “Oskar” mükafatlandırma gecəsinə qadın paltarında qatıldı

 Məşhur Hollivud aktyoru Billi Porter 92-ci "Oskar” mükafatının təqdimat mərasiminə qadın paltarında və dabanlıqlı ayaqqabıda gəlib.   "Lenta.ru”...

“Oskar-2020” mərasimində ən uğurlu obrazda olan ulduzlar - FOTO

Los-Ancelesin "Dolbi” teatrında keçirilən Amerika Kino Sənəti Akademiyasının "Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi başa çatıb. Ancaq ulduz qonaqla...

“Oskar” tarixində ilk yaşandı - FOTO

ABŞ-ın Los-Anceles şəhərində keçirilən "Oskar” mükafatlandırma gecəsi tarixində bir ilk yaşanıb. Sondakika.com-un xəbərinə görə, "Oskar” mükafatı tarixində ilk...

Gömrük institutunun məzunu “Miss Moskva-2019” adına layiq görüldü – FOTO

Rusiyanın Krasnoqorsk şəhərində "Miss Moskva-2019” gözəllik müsabiqəsi keçirilib. "Life” xəbər verir ki, 23 yaşlı Vladlena Boqomolova müsabiqənin qalibi elan e...

Rusiyalı tele ulduzun sinəsindəki silikon dağıldı – FOTO

Tanınmış rusiyalı teleaparıcı Lera Kudryavtseva sinəsindəki implantın dağılması səbəbindən cərrahiyyə əməliyyatı keçirib. Ulduz bu haqda özünün "Instagra...

Swarovski-nin sahibi qızına toy etdi - Milyardlıq toydan FOTOLAR

Düynanın ən zəngin gəlinlərindən biri, Avstriyanın Swarovski şirkətinin sahibi Paul Swarovskinin qızı, 23 yaşlı Viktoriya Swarovskinin toyu olub. Sfera.az bi...