“Oskar” tarixində ilk yaşandı - FOTO

20:00 / 10.02.2020
3991
ABŞ-ın Los-Anceles şəhərində keçirilən "Oskar” mükafatlandırma gecəsi tarixində bir ilk yaşanıb.
Sondakika.com-un xəbərinə görə, "Oskar” mükafatı tarixində ilk dəfə ingilis dilində olmayan Cənubi Koreya filmi mükafata layiq görülüb.
Bu, "ən yaxşı film”, "ən yaxşı prodüser”, "ən yaxşı beynəlxalq film” nominasiyalarına layiq görülən Bong Joon Honun "Parazit” filmi olub.
Xarici dildə ən yaxşı film hesab olan "Parazit”in prodüseri Bong Joon Ho ingilis dilini bilmədiyi üçün öz dilində çıxış edib. (oxu.az)