Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı

Spirtli içki üçün ən yaxşı “zakuska” açıqlandı
Alkoqollu içkilərlə birlikdə istifadə üçün ən uyğun qəlyanaltı kartof püresidir.

Sfera.az xəbər verir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatr-narkoloqu Yevgeni Brun bildirib.

O, öz seçimini kartof püresinin alkoqolun qana sovrulması prosesini ləngitməsilə izah edib.

Ekspert həmçinin, spirtli içkilərin şirniyyat və qazlı içkilərlə birlikdə istifadəsini təhlükəli adlandırıb.

O, həmçinin Yeni il gecəsi üçün aşağı dərəcəli yüngül içkilər, xüsusən də quru ağ şərab seçməyi məsləhət görüb və içkinin dərəcəsini artırmağın sağlamlıq üçün zərərli olduğunu xatırladıb.

Yevgeni Brun bayramlarda daha aktiv olmağı, daha çox rəqs etməyi, gəzməyi, qartopu oynamağı tövsiyə edərək, hərəkətsizliyin sərxoşluğu artırdığını qeyd edib.(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...