Soyuq havada smartfonun şarjına belə qənaət edin

Soyuq havada smartfonun şarjına belə qənaət edin
Bəzən istifadəçi telefonunu tam şarj etsə də, şaxtalı havada sönməsi vəziyyəti ilə rastlaşır. Mütəxəssislər bunun səbəbləri ilə bağlı tövsiyələrini paylaşıblar.

Sfera.az xəbər verir ki, onların sözlərinə görə, soyuq havada telefonların sönməsinə səbəb katodun anoda (mənfi yükün müsbətə) keçid prosesinin pozulması ola bilər.

"Aşağı temperaturlar bu prosesdə litium ionlarının hərəkətini ləngidir. Telefon batareyadan lazımi enerjini almır. Buna görə smartfonlar daha tez boşalmağa başlayır və bəzən soyuqda sönür", - deyə mütəxəssislər bildiriblər.

Həmçinin smartfonun hazırlandığı material da onun sönməsinə təsir göstərir.

"Ən çox təsirlənən telefonlar alüminium korpuslu telefonlardır. Belə bir cihaz şüşə gövdəsi olan analoqundan daha sürətli donur. Bu mənada ən uğurlu seçim plastikdir. Belə smartfonlar -35 dərəcəyə qədər "dözümlüdür"", - deyə onlar bildiriblər.

Soyuq temperaturda batareyanın işləməsinə kömək etmək və şarjın tez bitməsinin qarşısını almaq üçün bir neçə ipucu da verilib.

"İlk olaraq cihazın işləmə müddətini uzatmaq üçün soyuq havada çölə çıxmazdan əvvəl telefon tam şarj edilməlidir. Smartfonu çantaya qoymaqdansa, gödəkçənin içəri cibinə qoymaq daha yaxşıdır. Telefona çexol taxılması tövsiyə olunur. Şaxtalı havada smartfonu çöldə 10 dəqiqədən artıq saxlamayın", - deyə mütəxəssislər bildiriblər.
 
Oxu.az/

OXŞAR XƏBƏRLƏR

Yuri Qaqarin barədə inanılmaz iddia: II Elizabetin ayağını sığallayıb və...

Britaniyalı jurnalist və yazıçı Endryu Morton rus kosmonavtı Yuri Qaqarin barədə inanılmaz iddia irəli sürüb.   Sfera.az bildirir ki, yazar kosmonavtın İ...

Günün qoroskopu: Bunları etməyin!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik: Qoç - Günün kursunu səhər...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Parlamentin 8 spikeri – Hansı yüksək pensiya alıb?

Azərbaycanda qanunverici orqana vaxtı ilə rəhbərlik etmiş şəxslər son günlərdə gündəm olublar. Buna səbəb sabiq spiker, MSDM rəhbəri İsa Qəmbərə 180 manat pensi...

Hansı BÜRCÜN kişiləri daha ŞORGÖZDÜR? - Xəyanət etməyə potensial namizədlər

"Xəyanət etməyən kişi yoxdur" fikrini qadınların dilindən tez-tez eşidirik. Lakin bir sıra özəlliklərinə görə kişilərin xəyanətə meyilliklərində də fərqlər var....

Günün qoroskopu: Dostlarla görüş, romantik təmas...

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik:   Qoç - günün ilk...