Son 8 ildə ilk dəfə: Manatda bahalaşma rekord həddə çatdı

Son 8 ildə ilk dəfə: Manatda bahalaşma rekord həddə çatdı
2022-ci ildə Azərbaycan manatının həm nominal, həm də real məzənnəsində yüksəliş davam edib.
 
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin martında qeyri-neft sektoru üzrə manatın nominal məzənnəsi ötən ilin martına nisbətən 26,6 faiz artıb. Bu müddətdə real məzənnə isə 19,9 faiz yüksəlib.

Məlumatların təhlili göstərir ki, qeyri-neft sektoru üzrə manatın nominal məzənnəsi və real məzənnəsi 2014-cü ildən sonra ən yüksək həddə çatıb. Başqa sözlə, indi manat son 8 ildə olmadığı qədər bahadır.  

Qeyd edək ki, nominal məzənnə manatın digər bir ölkənin valyutasına qarşı olan məzənnəsini ifadə edir.

Real məzənnə isə  müqayisə olunan ölkələrdə inflyasiya səviyyəsi də nəzərə alınmaqla hesablanmış məzənnədir.

Manatın real məzənnəsinin yüksəlməsi o deməkdir ki, Azərbaycanda mal və xidmətlərin dəyəri ticarət tərəfdaşları olan ölkələrlə müqayisədə daha çox yüksəlib.  Deməli, ölkəmizdə xarici bazarlarla müqayisədə eyni növ məhsullar daha bahadır.

Buna görə də manatın real məzənnəsinin yüksəlməsi qeyri-neft sektoru üzrə ixraca mənfi təsir etdiyi kimi, idxalı daha əlverişli edir.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

AZAL-ın zərəri 1 milyard dolları ötdü: şirkət hər il ziyanla işləyir

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2020-ci ilə dair maliyyə hesabatını açıqlayıb. Sfera.az bildirir ki, hər il zərər edən AZAL pand...

Mərkəzi Bankın zərər etməsi nəyin əlamətidir?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili böyük zərərlə başa vurub. İlk baxışdan bu, mənfi hal kimi görünsə də, əslində AMB-nin zərər etməsi müsbət göstəricidi...

Qızıl ucuzlaşdı - Dollarda isə bahalaşma...

Son bir ayda xalis qızılın qiymətində 9,6 faizdən çox enmə qeydə alınıb. Bir ay əvvəl qramının qiyməti 64 dollar olan qızılın dəyəri hazırda 57,8 dollardır. ...

Buğdanın qiymətinin artmasının Azərbaycana təsirləri - Çörək yenidən bahalaşacaq?

Bu həftənin ilk günündə Çikaqo birjasında buğdanın dəyərində növbəti kəskin artım qeydə alınıb. Ötən həftənin sonu bir tonu 429 dollara satılan buğdanın qiyməti...

Azərbaycanda maaşlar artdı - Orta əmək haqqı 800 manatı keçdi

2022-ci il aprelin 1-i vəziyyətinə ölkəmizdə muzdla (əmək haqqı ilə) çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 min nəfər və ya 1,4 faiz ar...

Taxıl məhsulları bioyanacaq üçün istifadə edilir... – Dünyanı gözləyən aclıq böhranının SƏBƏBLƏRİ

Bu yaxınlarda Britaniyanın məşhur supermarket şəbəkələri (Tesco, Morrisons və Waitrose) tədarük çatışmazlığı və böhranın kəskinləşməsi qorxusu səbəbindən yemə...