Soğan adlı bu möcüzə - nələrə qadirdir?

Soğan adlı bu möcüzə - nələrə qadirdir?

Çox insanın soğanın qoxusundan xoşu gəlmir. Qoxusu pis olmağına baxmayaraq siz onun möcüzəsinə baxın.

Soğanın antibiotik təsiri qədim dövrlərdən bəri məlumdur. Amma hamımız qoxusundan narahat olduğumuz üçün çox istifadə etmirik.  Halbuki soğan qanı təmizləyir, qan dövranını sürətləndirir, toksinləri atmağa kömək edir, dezinfeksiya edicidir, yaraların sağalmasına kömək edir, selikli qişanı duruldur, soyuqdəymə və qripə yaxşı təsir göstərir. Amma bu narahatlıqların aradan qaldırılması üçün soğanı, sadəcə, yemək lazım deyil. Yatmadan əvvəl ayaq altına soğan qoymaq görün orqanizmdə nələr edir...

Soğan parçalarını bir boşqaba yerləşdirərək yataq otağında çarpayının yanına qoysanız, səhərə qədər tənəffüs yollarının açılmasına kömək edəcək. Əlbəttə, bu təsiri artırmaq üçün qapı örtülü olmalıdır. Soğanı təpitmə edərək sinəyə qoymaq bəlğəmgətirici və qəbizliyə yaxşı təsir edir.

Ayaqda 7 min sinir ucu olduğundan revmatizm ağrıları olduğu yerə ya,  ayağın içinə soğan dilimləri bağlamaq səhərə kimi bütün ağrıları dəf edər, həm də orqanizmin yorğunluğu aradan qaldırar.

Bunlarla bərabər soğan həm də:

Qan təzyiqi qalxdıqda ayağın altına soğan rəndəsi qoymaq yaxşı təsir edər.

Ayaq burxulmaları üçün zeytun tumlu əzilir, rəndələnmiş soğan ilə qarışdırılıb ayağa çəkilir, yaxşıca bağlanılır. Ayaqda olan ağrı dəqiq burxulmadırsa, bu sınanılmış üsul çox gözəl təsir edəcək. Soğan toxuma yeniləməyə təsirlidir və şiş yığılmasının qarşısını alır, zeytun isə qidalandırıcıdır, nüvəsi isə antiseptiktir. Çiban və sızanağın üstünə isidilmiş soğan layı qoyub bağlanılır. Bir günün içində bütün iltihabı sorub çıxarar. İkiyə bölünmüş sarı soğanı qabığı ilə qaynadıb səhərlər açqarnına  bir ay ərzində içilməsi qadınlarda yumurtalıq kistasını yox edər.

- Bol-bol qırmızı soğanın yeyilməsi hepatit B-dən xilas olmağa kömək edər.

- Qaynadılmış soğan suyu ilə 3 ayda 10 kq arıqlaya bilərsiniz.

- Soğan suyu tıxalı burun dəliklərinə 1-2 damla damızdırıldıqda nəfəsalma rahatlaşar. Burun tıxanıqlığını açdığı kimi baş ağrısını da aradan qaldırır.

- Oynaq iltihabı və şişliyində ağrılar zamanı soğanı isidib ağrıyan yerlərə bağlamaq iltihabı qurudar.

- Qulaq ağrılarında 1 damla soğan suyu 2dk içində ağrını kəsər.

- Ayaq dırnağı batmalarında soğanı barmağa keçirib tənziflə sarınır. Səhər bütün iltihab yox olacaq.


OXŞAR XƏBƏRLƏR

Yeni bir virus Avropanı ağuşuna alır: "Meymun çiçəyi" pandemiyaya çevrilə bilər?

Dünyada yayılan yeni virus elm adamlarının narahatlığına səbəb olub.   Sfera.az bildirir ki, adətən Afrika qitəsində rast gəlinən bir xəstəlik olan "monk...

DİQQƏT: Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz

Bir sıra hallarla yanaşı, müəyyən xəstəlik və əlamətlərə sahib şəxslərin də pedaqoji fəaliyyətlə məşğul olması mümkün deyil. Belə ki, "Pedaqoji fəaliyyətl...

Azərbaycanda vaksinasiya ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata ...

Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA

Son günlər Azərbaycanda yoluxucu xəstəliklər yayılıb. Bu xəstəlik daha çox azyaşlılarda müşahidə olunsa da, virus sürətlə yayılır və böyüklərə də keçir. Virusa ...

128 yaşlı qadın sirrini açıqladı – “Bu iki qida məni saxlayıb…”

Dünyanın ən yaşlı insanı kimi tanınan cənubi afrikalı Yohanna Mazibukonun bu yaxınlarda 128 yaşı tamam olub.    Sfera.az xəbər verir ki, qarğıdalı f...

Azərbaycanda son sutkada yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yan...